5 May 2024, Bazar günü
33-cü turun hakim təyinatları
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı

Minifutbol

Fərid Qayıbov Azad Rəhimovun qaynını işdən çıxardı

Bakı Su İdman Sarayının direktoru Elçin Həsənov işdən çıxarılıb. Fərid Qayıbovun əmri ilə onun yerinə Zaur Yaqubov təyinat alıb.

Futbolxeber.az saytının "Qafqazinfo"ya istinadən verdiyi məlumata görə, E.Həsənov bundan sonra Azərbaycan Üzgüçülük Federasiyasının vitse-prezidenti olacaq.

Qeyd edək ki, E.Həsənov sabiq gənclər və idman naziri Azad Rəhimovun qaynıdır.

O, bu gün Oxu.az-a müsahibəsində A.Rəhimovun qaynı olması və buna görə işdən çıxarılması ilə bağlı suala belə cavab verib: “Məni üzrlü sayın, ancaq mən bu suala cavab vermək istəmirəm. Cavab versəm, subyektiv fikir alınar. Kim mənim üzümə gəlib deyə bilər ki, Azad Rəhimovun qohumu idin, ona görə işdən çıxmalısan. Amma indi yeni nazirdir, öz kadrlarını gətirir, bu, normaldır. Həmişə necə olubsa, indi də elədir… Ancaq bu obyekt yeganə idman qurğusudur ki, həmişə yaxşı işləyib”.

Xatırladaq ki, Azad Rəhimov 2006-cı ildə gənclər və idman naziri təyin olunub. O, 2021-ci ildə ağciyər xərçəngindən və qaraciyər sirrozundan dünyasını dəyişib. A.Rəhimovun yerinə 2021-ci il sentyabrın 7-də Fərid Qayıbov təyinat alıb.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31