5 May 2024, Bazar günü
33-cü turun hakim təyinatları
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı

Minifutbol

Tahir Gözəl Qurban Qurbanovun fitnes mərkəzini ziyarət etdi

"Qarabağ"ın prezidenti Tahir Gözəl komandanın baş məşqçisi Qurban Qurbanovun yaratdığı "My Class" fitnes klubu ilə tanış olub.

Futbolxeber.az saytının məlumatına görə, ziyarət edənlər arasında həmçinin, media və klub nümayəndələri də olub. Tahir Gözəl jurnalistlərə açıqlamasında fitnes klubunu çox bəyəndiyini deyib: 

"Buranın açılışında gələ bilməmişdim. Çox sevinirəm ki, "Qarabağ"dan qazandığı pulları, imkanları təzədən ölkəmizə, Vətənimizə ciddi şəkildə yatırım edərək, çox gözəl yer düzəldiblər. Qurban Qurbanovu təbrik edirəm, çox gözəl yer düzəldiblər. Qurban müəllimin bütün həyatı idman və sağlamlıqla keçib. Bakıda idman salonu, sauna və hamamı olan məkan görə bilərsiniz. Amma hamısının birlikdə olduğu kompleks məkanlar çox nadirdir. Bura xeyli zəhmət qoyulub. Mən inşaatla məşğul olduğuma görə bunu yaxşı başa düşürəm. Ən önəmlisi odur ki, burada gözəl infrastruktur var. Havalandırma, isitmə sistemi, suyun təmizliyi əladır. Çox bəyəndim. Hamımız müasir dövrdə böyük streslərə düçar oluruq. İnsan isə sağlamlığına çox diqqət yetirməlidir. Hesab edirəm ki, bu cür yerlər insanlara yeni mədəniyyət və anlayış gətirir. Bura beynəlxalq standartlara cavab verir. Çox gözəl VİP zallar və otaqlar gördüm. Qurban Qurbanovu dəstəkləyirəm, onunla fəxr edirəm. "Qarabağ" bir ailədir. Qurban müəllimə xeyirli olsun deyirəm. Çox sevindim".

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31