5 May 2024, Bazar günü
33-cü turun hakim təyinatları
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı

Minifutbol

“Alanyaspor” qazilərimizi qonaq etdi: “Birlikdəyik, güclüyük!”

Türkiyədə səfərdə olan qazilərimiz dünən Superliqa çərçivəsində “Alanyaspor” - “Qaziantepspor” oyununda qonaq olublar. 

Futbolxeber.az saytının məlumatına görə, qazilərimiz oyundan öncə “Alanyaspor” Futbol Klubunun Prezident Hasan Çavuşoğlu ilə görüşüblər. 

Klubun prezidenti qazilərlə Qarabağ Zəfəri ilə bağlı səmimi fikirlərini bölüşüb və hər birinə qarşılanma hədiyyəsini şəxsən təqdim edib. 

Oyun başlayanda futbolçular meydana üzərində Azərbaycan-Türkiyə dostluğuna həsr edilən “Birlikdəyik, güclüyük!” yazısı əks olunan xüsusi formada çıxıblar. 

“Alanyaspor” bu oyunda 3:0 hesablı qələbə qazanıb. Qələbə Azərbaycanın qəhrəman qazilərinə həsr olunub. 

Qeyd edək ki, “Çiyin-çiyinə bir yumruq kimi” layihəsi YAŞAT Fondunun və "Azərbaycan Hava Yolları" QSC-nin dəstəyi, Dövlət Təhlükəsizliyi Xidmətinin, Azərbaycan Əlil Arabasında Qılıncoynatma Federasiyasının (ƏAQF) və “Alanyaspor” futbol klubunun birgə təşkilatçılığı ilə reallaşdırılıb.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31