6 May 2024, Bazar ertəsi
"Sumqayıt" rekordunu təkrarlayıb
“Vurduğum qoldan zövq aldım”
Mustafazadə daha 3 il “Qarabağ”da
33-cü turun hakim təyinatları

Minifutbol

“AVRO-2020 Könüllü Kuboku” təşkil olunacaq

AFFA-nın təşkilatçılığı ilə "AVRO-2020 Könüllülər Proqramı" çərçivəsində Azərbaycan könüllü təşkilatları arasında futbol üzrə "AVRO-2020 Könüllü Kuboku" təşkil olunacaq.

Futbolxeber.az-ın assosiasiyanın saytına istinadən verdiyi məlumata görə, aprelin 8-dən 12-dək turnirin qeydiyyat və püşkatma prosesi keçiriləcək.

Turnirin aprelin 15-də start götürməsi planlaşdırılır.

Qeydiyyat keçmək istəyən təşkilatlar [email protected] aşağıdakı məlumatları göndərə bilərlər:

1) Könüllü təşkilatının adı:

2) Sifariş vərəqəsi: oyuçuların adı, soyadı, ata adı, təvəllüdü

3) Sifariş vərəqəsində olan oyunçuların sağlamlıq haqqında arayışı (imza və möhürlü)

Əlaqə nömrəsi: +994 55 515 79 09 (AFFA Könüllülər Mərkəzi)

Aşağıdakı şəxslər turnirdə iştirak edə bilməz:

1) son 5 il ərzində peşəkar statusu olan oyunçular

2) son 3 il ərzində Futzal Yüksək Liqası və 1-ci liqada iştirak edən oyunçular

Turnirin tərəfdaşları Azərbaycan Respublikası Gənclər Fondu və Azərbaycan Könüllü Təşkilatları İttifaqıdır.

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31