6 May 2024, Bazar ertəsi
Mustafazadə daha 3 il “Qarabağ”da
33-cü turun hakim təyinatları
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı

Minifutbol

Bakı Olimpiya Stadionunun ərazisində xarı bülbül əkildi

Bakı Olimpiya Stadionunun (BOS) ərazisində 44 günlük Vətən Müharibəsinin zəfər simvolu olan xarı bülbül gülü əkilib.

Futbolxeber.az saytının məlumatına görə, bu barədə "Report"a BOS-un Mətbuat katibi Fərid Əsadzadə açıqlama verib.

Onun sözlərinə görə, bitkiləri Şuşaya səfər edən dostları gətirib: "Ərazidə 3 ədəd xarı bülbül əkmişik. Amma onların yerini dəyişdirməyi düşünürük. Məqsədimiz gülü daha yaxşı mühafizə olunan əraziyə yerləşdirməkdir. Çünki Bakı küləkli şəhərdir. Bilirsiniz ki, xarı bülbül hər yerdə bitmir. Bitkinin buranın iqliminə uyğunlaşıb-uyğunlaşmayacağını bilmirik".

Stadion rəsmisinin sözlərinə görə, gülləri qoruyub saxlaya bilsələr, sayı daha da artırılacaq: "Əvvəlcə onların burada qalacağından əmin olmalıyıq. Bunu bacarsaq, gələcəkdə xarı bülbülün saytını artırmaq ideyamız var".

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31