6 May 2024, Bazar ertəsi
Mustafazadə daha 3 il “Qarabağ”da
33-cü turun hakim təyinatları
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı

Minifutbol

AFFA tender elan edir

“Turan Tovuz” Futbol Akademiyasında elektrik avadanlıqlarının stabil işləməsi üçün stabilizator binasının tikintisi, stabilizatorun və generatorun alınıb quraşdırılması üçün AFFA tender elan edir:

Futbolxeber.az saytının məlumatına görə, təkliflərin qiymətləndirilməsi zamanı şəffaflığın qorunması və prosesin təhlükəsizliyinin təmin olunması üçün aşağıdakı keçiddən istifadə etməklə yükləyə biləcəyiniz “Şirkətlərin uyğunluğu üzrə sorğu vərəqi”ni müvafiq qaydada dolduraraq AFFA-ya göndərməyiniz xahiş olunur.

“Şirkətlərin uyğunluğu üzrə sorğu vərəqi" təqdim olunmayacağı halda, həmin təklif tenderdə iştirak edə bilməyəcək.

Tenderdə iştirak etmək istəyənlər qiymət təklifi və yuxarıda qeyd olunan “Şirkətlərin uyğunluğu üzrə sorğu vərəqi"ni, eləcə də şirkət tərəfindən irəli sürülən tender təklifi  qalib olduğu halda, tələb edilən işlərin vaxtında təhvil veriləcəyinə dair zəmanət məktubunu bağlı zərfdə (tender komissiyasına ünvanlamaqla) AFFA-nın inzibati binasına (Ünvan: Bakı şəhəri, Xətai rayonu, 2208-ci məhəllə, Nobel prospekti, 57F) göndərə bilər.

Tenderin müddəti: 3 həftə (son tarix: 9 aprel 2021-ci il, saat 17:00)

İşin təhvil verilmə tarixi: İlkin ödəniş olunduqdan sonra 4 həftə

Ödəniş şərtləri: 50% ödəniş öncədən, 50% ödəniş işlər tam təhvil verildən sonra 60 gün müddətində

Əlavə suallarla bağlı [email protected] elektron ünvanı ilə əlaqə saxlaya bilərsiniz.

AFFA-nın tender qaydaları




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31