6 May 2024, Bazar ertəsi
“Vurduğum qoldan zövq aldım”
Mustafazadə daha 3 il “Qarabağ”da
33-cü turun hakim təyinatları
Millimiz Belarusa məğlub oldu

Minifutbol

Honda "Neftçi"yə keçdiyinə görə Kosmosdan təbrik aldı

Yaponiyalı kosmonavt Soiti Noquti "Neftçi"nin yeni transferi Keysuke Hondanı Azərbaycan klubuna keçməsi münasibəti ilə təbrik edib.

Futbolxeber.az saytının məlumatına görə, bu barədə 55 yaşlı astronavt və aviasiya mühəndisi özünün Tvitter hesabında yazıb.

Noquti Bakının kosmosdan görüntüsünü paylaşıb və həmyerlisinə uğurlar arzulayıb.

35 yaşlı yarımmüdafiəçi həmin mesajı paylaşaraq belə cavablandırıb: "Mən kosmosdan xüsusi məlumat aldım. Sən bizim arzumuzsan. Yeri gəlmişkən, bəs Azərbaycan haradadır?"

Qeyd edək ki, K.Honda dünən "Neftçi" ilə bu mövsümün sonunadək müqavilə imzalayıb.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31