5 May 2024, Bazar günü
33-cü turun hakim təyinatları
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı

Minifutbol

AFFA: "Bayraqlar həmrəylik simvolu olaraq asılıb"

AFFA-nın inzibati binasında Azərbaycan bayraqları asılıb.

Futbolxeber.az saytının məlumatına görə, bu, sosial şəbəkələrdə xüsusi maraqla qarşılanıb.

Qurumun Mətbuat və İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Firuz Abdulla məsələ ilə bağlı açıqlama verib. O, "Report"a bildirib ki, Azərbaycan bayraqlarının AFFA-nın binasından asılmasında o qədər də qeyri-adi şey yoxdur.

Federasiya rəsmisi ölkədə son günlərin bir qədər gərgin keçdiyini söyləyib: "Cəbhə xəttində müəyyən hadisələr baş verdi. Azərbaycan bayraqlarının AFFA-nın binasının bir neçə yerində asılması çətin günlərdə "Biz birlikdə güclüyük!" şüarının simvolu, onun rəmzidir. Azərbaycanın gözəl dövlət bayrağı var. Bu bayraq harada asılırsa, həm gözəllik gətirir, həm də bizim güclü olduğumuzun göstəricisidir. Bayraqlar həmrəylik simvolu olaraq AFFA-nın binasından asıldı".

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31