5 May 2024, Bazar günü
Mustafazadə daha 3 il “Qarabağ”da
33-cü turun hakim təyinatları
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı

Minifutbol

Essyenin Azərbaycanla bağlı paylaşımına böyük maraq

Azərbaycan-Ermənistan sərhəddində Tovuz istiqamətində düşmən hücumunun qarşısını alarkən 11 şəhid verən Azərbaycan Ordusuna dəstək olanlar arasında ölkəmizdə çıxış edən legioner futbolçular da var.

Futbolxeber.az saytının məlumatına görə, bir neçə əcnəbi futbolçu sosial şəbəkədə ölkəmizə dəstəklərini nümayiş etdiriblər. Bu cür paylaşımlardan ən çox diqqəti çəkən Maykl Essyenə məxsusdur.

Belə ki, “Səbail”in yarımmüdafiəçisi İnstaqramda bayrağımızı paylaşaraq Azərbaycanı dəstəklədiyini bəyan edib. Ulduz futbolçunun bu paylaşımını 40 mindən çox insan bəyənib. Eləcə də paylaşıma 10 mindən artıq şərh yazılıb.

Qeyd edək ki, daha əvvəl “Çelsi”, “Real”, “Milan” kimi klubların formasını geymiş qanalı ulduzun İnstaqramda 1,4 milyon izləyicisi var.

.

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31