4 May 2024, Şənbə
33-cü turun hakim təyinatları
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı

Minifutbol

Ernan Krespo Bakıda səfərdədi

2019-cu il mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək UEFA Avropa Liqasının final oyununa hazırlıq kampaniyası çərçivəsində dünya şöhrətli argentinalı hücumçu Ernan Krespo UEFA-nın ulduz səfiri qismində bu gün paytaxtımızda səfərdə olub.
 
Futbolxeber.az saytının məlumatına görə, dekabrın 22-dən etibarən Bakıda fəaliyyətə başlayan UEFA Avropa Liqası muzeyində Krespo AFFA-nın baş katibi Elxan Məmmədovla görüşüb, gələn il keçiriləcək final qarşılaşması barədə fikir mübadiləsi aparılıb.
 
Sonra argentinalı futbol ulduzunun imza mərasimi təşkil olunub. Paytaxt sakinlərinin və şəhərimizin qonaqlarının böyük marağına səbəb olan tədbirdə muzeyə daxil olanlar Krespodan avtoqraf almaq, onunla şəkil çəkdirmək imkanı qazanıblar. Tədbirin sonunda UEFA-nın ulduz səfirinin media üçün brifinqi keçirilib.
 
Qeyd edək ki, 2017-ci il sentyabrın 20-də UEFA İcraiyyə Komitəsi tərəfindən 2019-cu ildə futbol üzrə UEFA Avropa Liqasının final oyununun Bakı Olimpiya Stadionunda (BOS) keçirilməsi haqqında qərar qəbul edilib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31