6 May 2024, Bazar ertəsi
Mustafazadə daha 3 il “Qarabağ”da
33-cü turun hakim təyinatları
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı

Minifutbol

“Qarabağ”, "Zirə" və “Neftçi”dən başsağlığı

“Qarabağ”, "Zirə" və “Neftçi” klubları Respublika Narkoloji Mərkəzinin binasında baş vermiş yanğınla bağlı başsağlığı verib. Futbolxeber.az xəbər verir ki, "Nefrçi" və "Qarabağ"ın rəsmi saytı, "Zirə"nin isə "Facebook” səhifəsi vasitəsilə yayımlanan mətndə bunlar qeyd olunub:
 
“Qarabağ”: “Bu gün Respublika Narkoloji Mərkəzinin binasında güclü yanğın baş verib. Hadisə zamanı 30 pasiyent təxliyə edilib və 25 nəfər isə dünyasını dəyişib. “Qarabağ” FK dünyasını dəyişənlərə Allahdan rəhmət diləyir, yaxınlarına “başınız sağ olsun” deyir, xəsarət alanlara isə ən qısa zamanda sağalmasını arzulayır. Allah rəhmət eləsin!”
 
“Neftçi”: “Neftçi” PFK Respublika Narkoloji Mərkəzində baş verən yanğın nəticəsində həyatını itirənlərin ailələrinə dərin hüznlə başsağlığı verir. Allah rəhmət eləsin!”
 
"Zirə": “Zirə” PFK Respublika Narkoloji Mərkəzinin binasında baş vermiş yanğında həlak olanların ailələrinə başsağlığı verir, yaralananların isə tezliklə sağalmasını arzulayır”.
 
Qeyd edək ki, hadisə nəticəsində 24 nəfər həlak olub.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31