6 May 2024, Bazar ertəsi
Mustafazadə daha 3 il “Qarabağ”da
33-cü turun hakim təyinatları
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı

Minifutbol

Azərbaycan transferlərdən ən çox xərcə düşən 15 ölkə sırasında

FIFA 2017-ci ildə klubları beynəlxalq transferlərdən ən çox xərcə düşən və gəlir götürən ölkələrin siyahısını açıqlayıb.
 
Futbolxeber.az saytının məlumatına görə, Azərbaycan ən çox xərcə düşənlərin "Top-15"liyində yer alıb. Ölkə klublarının transferlərdən ümumi gəlir və xərcləri arasında 4,7 milyon dollarlıq kəsir yaranıb. Nəticədə Azərbaycan 14-cü pillədə qərarlaşıb. Bu siyahıya 988,1 milyon dollarla İngiltərə başçılıq edir. İkinci sıradakı Almaniyada bu rəqəm 237,8 milyon dollardır. Çin klublarının xərci isə 227 milyon dollar təşkil edib.
 
Klubları ən çox gəlir gətirən ölkələrin siyahısına Portuqaliya başçılıq edir - 707,5 milyon dollar. Braziliya 226,9 milyon dollar, Hollandiya isə 176,6 milyon dollar qazanıb. Bu ölkələr, müvafiq olaraq, 2 və 3-cü sıralarda yer alıblar.
 
Ən çox xərcə düşən ölkələr
 
1. İngiltərə - 988,1 (milyon dollar)
 
2. Almaniya - 237,8
 
3. Çin - 227
 
4. Fransa - 215,9
 
5. İtaliya - 145,7
 
6. ABŞ - 66,3
 
7. Rusiya - 61,9
 
8. Türkiyə - 57,1
 
9. Hindistan - 36,3
 
10. Yaponiya - 30,5
 
11. Səudiyyə Ərəbistanı - 24,1
 
12. Şotlandiya - 12,9
 
13. Meksika - 7,7
 
14. Azərbaycan - 4,7
 
15. Anqola - 3,9
 
Ən çox gəlir götürən ölkələr
 
1. Portuqaliya - 707,5
 
2. Braziliya - 226,9
 
3. Hollandiya - 176,6
 
4. Argentina - 162,1
 
5. İspaniya - 110
 
6. Belçika - 87,9
 
7. Avstriya - 62,6
 
8. Ukrayna - 59,3
 
9. Xorvatiya - 51,8
 
10. İsveç - 37,5
 
11. Yunanıstan - 36,8
 
12. İsveçrə - 36
 
13. Uruqvay - 35,1
 
14. Polşa - 25,6
 
15. Serbiya - 23,6.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31