5 May 2024, Bazar günü
33-cü turun hakim təyinatları
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı

Minifutbol

Tarkan idman tədbiri üçün Bakıya gəlir

İyunun 23-25-də Bakıda keçiriləcək növbəti Formula-1 yarışının ilk günündə Türkiyənin məşhur müğənnisi Tarkan avtoidman azarkeşlərinin qarşısında səhnəyə çıxacaq. Futbolxeber.az-ın məlumatına görə, müğənni iyunun 23-də axşam saatlarında Dənizkənarı Milli Park ərazisində yerləşən böyük səhnədə Formula-1 həvəskarları üçün ən məşhur mahnılarını səsləndirəcək.
 
Tarkanı sevən bütün Formula-1 həvəskarları Azərbaycan Qran-prisinin keçiriləcəyi yarış həftəsonuna onun enerjili və coşqulu ifaları ilə start verəcəklər. Müğənninin ifaları Formula-1 azarkeşlərinə unudulmaz gecə yaşadacaq.
 
“Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin (BŞH) marketinq və kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai Azərbaycan Qran-prisi ərəfəsində Tarkanın avtoidman azarkeşləri qarşısında səhnəyə çıxmaq üçün Bakıya gəlişinə belə münasibət bildirib: “Pop musiqisi sahəsində çoxlu sayda uğurlu ifaçı var. Lakin onlardan çox azı dilindən, mədəniyyətindən və yaşadığı yerdən asılı olmayaraq bütün insanların qəlbinə toxuna və onların duyğularına təsir edə bilir. Belə xüsusiyyətlərə malik türkiyəli müğənni deyəndə insanın ağlına ilk olaraq məhz dünyaca məşhur ifaçı Tarkan gəlir və biz böyük məmnuniyyətlə onu Formula-1 Azərbaycan Qran-prisinin ilk günündə açıq havada canlı konsert proqramında iştirak etmək üçün Bakıya dəvət etmişik. Gözəl şəhərimizə Formula-1 yarışının ikinci dəfə gəlişini böyük əyləncə və coşğu ilə qeyd etmək üçün səbirsizlənirik və belə möhtəşəm yarış həftəsonunun açılışını Tarkandan başqasının etməsi təsəvvür oluna bilməz”. (AZƏRTAC)
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31