5 May 2024, Bazar günü
Mustafazadə daha 3 il “Qarabağ”da
33-cü turun hakim təyinatları
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı

Minifutbol

Ruslan Abışov master-klass keçəcək

IV İslam Həmrəyliyi Oyunlarının idmançı səfirləri “Domestic Grassroots” proqramı çərçivəsində gənc atletlər və həvəskar gənclərə cüdo, güləş və futbol üzrə master-klass keçəcəklər. Futbolxeber.az saytının məlumatına görə, proses martın 13-dən 15-dək davam edəcək.
 
Cari ayın 13-də Olimpiya mükafatçılarımız Rüstəm Orucovla Elmar Qasımov cüdosevərlərlə i bir araya gələcək. Master-klass “Neftçi” təlim-məşq bazasında baş tutacaq. 
 
Güləş üzrə master-klass isə bir gün sonraya təsadüf edəcək. Hacı Əliyev Olimpiya Güləş Mərkəzində gənclər önünə çıxacaq.
 
Martın 15-də isə Azərbaycan millisinin və "Neftçi" klubunun şərəfini qoruyan Ruslan Abışov marter-klass keçəcək. O, futbolsevərləri “Bayıl Arena”da gözləyəcək.
 
Qeyd edək ki, master-klassda iştirak edəcək insanlar yarışın feysbuk səhifəsində qalib gələnlər olacaqlar.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31