6 May 2024, Bazar ertəsi
"Sumqayıt" rekordunu təkrarlayıb
“Vurduğum qoldan zövq aldım”
Mustafazadə daha 3 il “Qarabağ”da
33-cü turun hakim təyinatları

Futzal

Millimizin baş məşqçisi: “Sona qədər “vuruşacağıq”

19 yaşadək futzalçılardan ibarət Azərbaycan millisi Belarusun paytaxtı Minskdə təşkil olunacaq II Müstəqil Dövlətlər Birliyi (MDB) oyunlarında iştirak edəcək.

Futbolxeber.az saytının məlumatına görə, dünən səfərə çıxan futzalçılarımız ilk oyununu avqustun 7-də Belarusa qarşı keçirəcək.

Ümumiyyətlə, meydan sahibi ölkədən başqa, Özbəkistan, Qırğızıstan və Rusiyadan olan həmyaşıdları ilə üz-üzə gələcək komandamızın hazırlıq durumu ilə bağlı baş məşqçi İlqar Aslanov azfutzal.az-a açıqlama verib:

“Komanda artıq Minskdədir. Əhval-ruhiyyə yaxşıdır. Turnirə normal hazırlaşmışıq. Təlim-məşq toplanışı keçirməsək də, gündəlik məşqlərlə bu boşluğu kompensasiya etməyə çalışdıq. Heyətimizin əksər üzvü mart ayında U-19-ların Avropa çempionatının əsas mərhələsində, eləcə də Yüksək Liqada iştirak edən futzalçılardır.

Rəqiblərə gəldikdə, əlbəttə, Rusiya və Belarus turnirin favoritləri hesab olunur. Ancaq Özbəkistan yığması da son illərdə inkişafdadır və demək olar, iddialılardandır. Qırğızıstanın oyunu haqda hələ ki məlumata sahib deyiləm, ancaq onlar bizdən sonra oynayacaqlar, ona görə də canlı izləyib, bilgi əldə edəcəm. Təbii ki, rəqiblərimiz fərqlənsələr də, biz də əlimizdən gələnin ən yaxşısını edəcəyik ki, uğur qazanaq. Uşaqlara da başa salmışam ki, biz Azərbaycan üçün oynayırıq. Ona görə də sona qədər “vuruşmalıyıq”. Bu cür turnirlər həm də gənc futzalçıların təcrübə toplaması, beynəlxalq oyun praktikası qazanması baxımından vacibdir”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31