6 May 2024, Bazar ertəsi
Mustafazadə daha 3 il “Qarabağ”da
33-cü turun hakim təyinatları
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı

Futzal

“Araz-Naxçıvan” Özbəkistan millisinin üzvü ilə anlaşdı

Mövsümlərarası fasilədə Luka Pavloviç və Ninoslav Aleksiçi “rənglərinə bağlayan” “Araz-Naxçıvan” daha bir legionerlə ortaq məxərəcə gəlib.

Futbolxeber.az saytının Sport24.az-a istinadən verdiyi məlumata görə, son illərin dəyişməz çempionu Xusniddin Nişonovla müqavilə bağlayıb.

Avqustun 22-dən 27-dək Latviyada keçiriləcək Çempionlar Liqasının ilkin mərhələsində mübarizə aparacaq Naxçıvan təmsilçisinin yeni legionerinin son klubu Özbəkistan çempionu BMB olub. Futzalçı həm də Özbəkistan millisinin üzvüdü. Xusniddin artıq komandanın məşqlərinə qoşulub.

Qeyd edək ki, Vitali Borisovun baş məşqçi olduğu kollektiv Çempionlar Liqasının ilkin təsnifat mərhələsində “İstanbul Şişli” (Türkiyə), “Yan Regensburq” (Almaniya) və “Riqa” (Latviya) ilə birgə A qrupunda mübarizə aparacaq. Qrup qalibləri və ən yaxşı 2-ci nəticənin sahibi əsas mərhələyə vəsiqə əldə edəcək.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31