6 May 2024, Bazar ertəsi
Mustafazadə daha 3 il “Qarabağ”da
33-cü turun hakim təyinatları
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı

Futzal

"Araz-Naxçıvan"ın Çempionlar Liqasındakı rəqibləri məlum oldu

Bu gün İsveçrənin Nyon şəhərində UEFA Çempionlar Liqasının 2023/24-cü il mövsümünün püşkü atılıb.

Futbolxeber.az saytının məlumatına görə, bu turnirdə ölkəmizi təmsil edəcək və mübarizəyə ilkin mərhələdən başlayacaq son çempion “Araz-Naxçıvan”ın rəqibləri müəyyənləşib.

Komandamız A qrupda yer alacaq. Bu mərhələnin oyunları avqustun 22-dən 27-dək Latviyada keçiriləcək. Əsas mərhələyə qrup qalibləri və ən yaxşı göstəriciyə malik ikinci pilləni tutan 1 komanda vəsiqə qazanacaq.

lkin mərhələ  (22-27 avqust)

A qrup

Araz-Naxçıvan (Azərbaycan)

Riqa (Latviya)

Jahn Regensburq (Almaniya)

İstanbul Şişli (Türkiyə)

B qrup

Örebro (İsveç)

Diamant Linz (Avstriya)

Amiqo Northvest (Bolqarıstan)

ASA Tel Aviv Ouls (İsrail)

C qrup

Eindhoven (Niderland)

Titoqrad (Monteneqro)

Georgians (Gürcüstan)

Avropa (Cəbəllütarıq)

D qrup

Lubaua (Polşa)

Pristina (Kosovo)

Utleira İdrettslaq (Norveç)

İsbjorninn (İslandiya)

E qrup

Luçeneç (Slovakiya)

Kosmos Tallin (Estoniya)

Enkamp (Andorra)

PYF Saltires (Şotlandiya)

F qrup

Doukas (Yunanıstan)

Blue Magic FC Dublin (İrlandiya)

Nisturu Kişinyov (Moldova)

Blumsbury Futsal (İngiltərə)

G qrup

Futsal Minerva (İsveçrə)

Yerevan Futsal (Ermənistan)

AEL Limassol (Kipr)

Folqore (San-Marino)

H qrup

Radnik Bijeljina (Bosniya və Herseqovina)

Tirana (Albaniya)

Cefn Druids (Uels)

Sparta Belfast (Şimali İrlandiya)

Əsas mərhələnin də püşkü atılıb. “Araz-Naxçıvan” oktyabrın 24-dən 29-dək keçiriləcək bu mərhələyə qrup qalibi kimi vəsiqə qazanacağı təqdirdə 6-cı qrupda yer alacaq. Rəqibləri Plzen (Çexiya), Futsal  Gentofte (Danimarka) və ilkin mərhələnin H qrupunun Radnik Bijeljina (Bosniya və Herseqovina), Tirana (Albaniya), Cefn Druids (Uels) və Sparta Belfast (Şimali İrlandiya) qalibi ilə üz-üzə gələcək. Əgər təmsilçimiz ən yaxşı “ikinci” kimi mübarizəni davam etdirsə, o zaman 5-ci qrupda Futsal Dinamo (Xorvatiya), eləcə də ilkin mərhələnin B (Örebro (İsveç), Diamant Linz (Avstriya), Amiqo Northvest (Bolqarıstan) və ASA Tel Aviv Ouls (İsrail) və C (Eindhoven (Niderland), Titoqrad (Monteneqro), Georgians (Gürcüstan) və Avropa (Cəbəllütarıq) qruplarının qalibləri ilə üz-üzə gələcək.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31