4 May 2024, Şənbə
33-cü turun hakim təyinatları
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı

Futzal

Joze Alesio: “Vacib odur ki, əlimizdə material var və işləmək olar”

“Yeni komanda qurmuşuq. Bir aydan az vaxtdır ki, məşq edirik. Bu zaman futzal üçün çox azdır.  Hətta şənbə və bazar günləri də məşqlərə ara vermirdik”. 

Futbolxeber.az-ın Azərbaycan Futzal Federasiyasının saytına istinadən verdiyi məlumata görə, bu sözləri “Araz-Naxçıvan”ın baş məşqçisi Joze Alesio da Silva Neftçi İK-ya qarşı keçirilmiş yoxlama oyunundan sonra deyib. 

Braziliyalı mütəxəssis komandasının 6:0 hesablı qələbəsini belə şərh edib: “Oyuna gəldikdə, razı qaldığım deməliyəm. İntizamlı oynadıq, sona qədər mübarizə apardıq, məşqlərdə etdiyimiz taktiki tapşırıqları reallaşdırmağı bacarırdıq. 

Əlbəttə, daha çox oyun keçirməli, səhvlərimizi görməliyik. Amma biz hazırlıq prosesində ilk oyunumuza çıxdıq. Heyətimizdə olan oyunçuların hamısına şans verdik. Xəzər Ağalızadə, Cavad Məmmədov, Azər Fərmanov gələcəkdə millinin formasını geyinməyə namizəd gənclərdir. Onlar azda olsa, oynamaq şansı qazandılar. Üç futzalçımız isə zədəlidir.

UEFA Çempionlar Liqasına qədər çempionat və yoldaşlıq oyunları ilə bu boşluğu doldurmalıyıq. Hələlik 55-60 faiz hazır olduğumuzu deyə bilərəm. Amma qarşıda bir aydan çox vaxtımız var. Vacib odur ki, əlimizdə material var və işləmək olar.  Taktiki planda axsadığımız məqamları məşqlərdə düzəltməliyik”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31