5 May 2024, Bazar günü
Mustafazadə daha 3 il “Qarabağ”da
33-cü turun hakim təyinatları
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı

Etopaz

ETOPAZ-ın baş sponsorluğuyla mövsümün ən yaxşıları seçildi

Sports.az saytı ETOPAZ-la birlikdə Azərbaycan futbol tarixində ilkə imza ataraq, bir neçə nominasiyada futbol mövsümünün ən yaxşılarını seçib.

Futbolxeber.az saytının məlumatına görə, saytın təsis etdiyi və ETOPAZ-ın baş sponsoru olduğu Sports.az Awards-ın 2022/23 mövsümü üçün qalibləri bəllidir. 

"Neftçi"nin və milli komandamızın kapitanı Emin Mahmudov "Qarabağ"ın forvardı Ramil Şeydayev və "Sabah"ın ukraynalı legioneri Aleksey Kaşuku cüzi fərqlə qabaqlayaraq, tarixdə ilk dəfə veriləcək "Mövsümün ən yaxşı futbolçusu" mükafatına sahib çıxıb.

Altı nominasiyadan yalnız birində sorğuda iştirak edənlərin hamısı yekdiliklə 1 nəfərə səs verib. Bu "Qarabağ"ın və mövsümün ən yaxşı baş məşqçisi Qurban Qurbanovdur.

"Sabah"ın və milli komandamızın gənc üzvü Yusif İmanov "Ən yaxşı qapıçı" seçilib.

"Ən yaxşı gənc futbolçu" nominasiyasında bu mövsüm ölkə çempionatında oyundan ən çox qol vuran Musa Qurbanlı daha çox səs toplayıb.

Əliyar Ağayev "Ən yaxşı hakim", "Qarabağ"ın direktoru Emrah Çelikel "Ən yaxşı klub funksioneri" seçilib.

Qalibləri təbrik edir, daha böyük uğurlar arzulayırıq! 

Sports.az Awards - 2022/23 futbol mövsümünün ən yaxşılarını mükatlandırma mərasimi mayın 30-u, saat 13.00-da Four Seasons otelinin ikinci mərtəbəsində yerləşən "Şur" zalında başlayacaq.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31