6 May 2024, Bazar ertəsi
Mustafazadə daha 3 il “Qarabağ”da
33-cü turun hakim təyinatları
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı

Ölkə futbolu

Samir Abasov - əvvəl “El Klasiko”, sonra Xavi ilə görüş

"Sumqayıt"ın baş məşqçisi Samir Abasov İspaniyada təcrübədədir.

Futbolxeber.az saytının klubun feysbuk səhifəsinə istinadən verdiyi məlumata görə, bir neçə gün öncə Madridə yollanan Samir Abasov əvvəlcə burada "Real" və "Barselona" arasındakı "El-Klasiko"nu izləyib.

Növbəti gün Barselonaya yola düşən mütəxəssis burada bir həftəlik təcrübə keçəcək. "Barselona" klubunun məşqlərini izləyən S.Abasov Kataloniya təmsilçisinin məşqçisi Oskar Hernandez və bir sıra digər yerli mütəxəssislərlə bir araya gəlib, fikir mübadiləsi aparıb.

Təcrübə proqramının sonunda onun "Barselona"nın baş məşqçisi Xavi Hernandezlə də görüşü nəzərdə tutulub.

Qeyd edək ki, bu səfərdə Samir Abasovu “Sumqayıt”ın fiziki hazırlıq üzrə məşqçisi Gerard Martinez müşayiət edir.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31