5 May 2024, Bazar günü
33-cü turun hakim təyinatları
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı

Ölkə futbolu

Rəşad Sadıqovdan qələbə şərhi

"Hazırda oyunla bağlı fikir bildirmək çox çətindir. Gərgin, mübarizə şəraitində keçən bir matç oldu. Futbolçularımı təbrik edirəm, bağrıma basıram. Çox vacib qələbə qazandıq. Amma qələbəni bayram etməyə vaxtımız yoxdur. Üç gün sonra səfərdə "Qəbələ" ilə vacib oyuna çıxacağıq".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının 31-ci turunda doğma meydanda"Neftçi"ni 3:1 hesabı ilə məğlub etdikləri oyundan sonra deyib.

Ardınca mütəxəssis jurnalistlərin suallarını cavablandırıb:

- Bir çox komandalar azlıqda qalandan sonra müdafiəyə çəkilir. Sizdə əksinə oldu. Meydana daxil olan futbolçuların oyuna daha da güc qaldığını düşünürsünüz?

- Təbii ki. Bu qələbədə qırmızı vərəqədən sonra meydana daxil olanlar çox böyük pay sahibidirlər. Sonradan girənlər oyuna yaxşı qoşulanda adamın ürəyi açılır. Qələbə qazandıq, müsbət tərəflərindən danışırıq. Amma dəyişikliklərdən sonra məğlub ola da bilərdik. O dəqiqələrdə beynimdə hər şey çox qarışıq idi. Qırmızı planlarımıza daxil deyildi. Ani olaraq belə qərar verdik. Sevinirik ki, effektiv alındı.

- Rəhim Sadıxov qol vurmasına baxmayaraq, sanki ümumi ansambldan geri qalırdı. Onun oyununu necə dəyərləndirirsiz?

- Rəqib bizim üç hücumameyilli oyunçumuzu yaxşı təhlil edib. Onlara boşluq vermirdilər. Rəhimə xüsusi diqqət var idi. Yaxşı məqam tapıb əlinə düşən fürsətdən istifadə etdi. Bu da futbolçunun ustalığını göstərir.

- Bugünkü oyunla "Zirə" və Rəşad Sadıqov sübut etdi ki, "Zirə" antifutbol oynamır?

- Eşitməmişəm kimsə antifutbol oynadığımızı desin. "Müdafiəyəmeyilli oynayırlar", "az qol vururlar" şərhləri olub. Hər mütəxəssisin fikrinə hörmətlə yanaşıram. Bəzən özüm üçün faydalar da çıxarıram. Bu gün məqsədimiz kiməsə nəyisə sübut etmək deyil. Məqsədimiz imkan daxilində çempionatı yuxarı pillələrdə bitirməkdir.

- Üçüncü qoldan sonra hamı sevinirdi, siz isə qeydlər edirdiz. Həmin an nə planlaşdırırdız?

- Qoldan sonra sistemi dəyişdik. Futbolçulara onu izah etməyə çalışırdıq. 5-4 sisteminə keçdik. Xüsusi bir şey deyildi.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31