Ölkə futbolu
Şahin Diniyev: “Ata üçün oğlunun “Qalatasaray”a qarşı oynaması fəxrdir”
“Oyunu izlədim, bizim üçün olduqca maraqlı idi. "Qalatasaray" Çempionlar Liqasında mübarizə aparıb. Uşaq vaxtından övdlarımın formalarını alıb geydikləri "Qalatasaray"ın oyununu izləmək xoş təəssürat yaratdı”.
Futbolxeber.az saytına açıqlamasında bu sözləri “Səbail”in baş məşqçisi Şahin Diniyev oğlu Coşqunun Türkiyə kubokunun 1/16 final mərhələsi çərçivəsində “Qalatasaray”a qarşı oyununu şərh edərkən deyib.
Mütəxəssis “Qalatasaray”ın 4:1 hesablı qələbəsini səviyyə fərqi ilə izah edib: “Baxmayaraq ki, "Ümraniyəspor" birinci liqada oynayır, rəqibə qarşı layiqli müqavimət göstərdi. Amma yekunda həm keyfiyyət, həm də səviyyə fərqi öz sözünü dedi. "Qalatasaray"ın heyətində yer alan, transfer dəyəri yüksək futbolçuların ustalığı hesabı öz xeyrinə dəyişməyə şərait yaratdı. “Ümraniyespor”da isə böyük komandaya qarşı mübarizə var idi”.
O, Coşqunun inamlı təsir bağışladığını vurğulayıb: “Coşqun Diniyevin oyununu izləmək həm azərbaycanlı kimi, həm də onun atası kimi böyük bir xoşbəxtlik idi. Coşqun Diniyev bir tərəfdən uşaqlıqdan "Qalatasaray" azarkeşi olub. Bu gün isə azarkeşi olduğu kluba qarşı oynaması və mənim də bu oyunu izləməyim xüsusilə maraqlı idi. Öz mövqeyində inamlı oyun göstərdi. O, topla çox yaxşı rəftar edir. Məşqçi ona orta xətti bağlamağı tapşırmışdı. Mənə elə gəlir ki, həmin mövqedə elə də böyük problem olmadı. Coşqun Diniyev öz növbəsində böyük oyunçulara qarşı oynamasına baxmayaraq, sakit, təmkinlə çıxış etdi. Daha çox o, topla oynamağa üstünlük verirdi. Məncə, üstünə düşən işi layiqincə görə bildi”.
Şahin Diniyev bildirib ki, millimizin yarımmüdafiəçisi Superliqada forma geyməyə qadirdir: “Bəli, Coşqun Diniyev Superliqada da oynaya bilər. Düzdür, demirəm ki, "Qalatasaray", "Beşiktaş" kimi klublarda. Əsas olan komanda işidir. Futbolçunun yaxşı çıxış etməsi üçün yanında oynayanlar da yaxşı oynamalıdır. Bununla da futbolçu özünü yaxşı hiss edə bilər. Coşqun "Qalatasaray"a qarşı oyunda əlacsız qalmadı”.
Maraqlıdır, bir ata üçün oğlunun “Qalatasaray”a qarşı oynaması necə hissdir?
“Oğlumun "Qalatasaray"a qarşı oynaması fəxrdir. Azərbaycanlı futbolçunun belə bir matçda iştirak etməsi qürurverici bir hissdir. Coşquna uğurlar arzulayıram. Düşünürəm ki, o, düzgün yoldadır, inkişafı göz qabağındadır”.
Azad NURİYEV
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- Milli komandamızın yeni baş məşqçisi müəyyənləşib: Mayın əvvəli Bakıya gəlir
- Asif Məmmədov: “Kimsə bunu sübut etsə, üzr istəməyə hazıram”
- AFFA İcraiyyə Komitəsinin üzvü: “Premyer Liqada klub sayının artırılması gündəmdədir”
- Minifutbol millimizin heyəti narazılıqla qarşılandı, baş məşqçi danışmaq istəmədi
- Basketbol federasiyasının diqqətinə: Təhlükəsizliyə bu qədər biganə yanaşmaq olmaz!
- Azər Bağırov: “Futbolçular tapşırıqları icra etmirlər”
- “Aznur”un baş məşqçisi: “Mənim üçün “Birbaşa Bakı” “Zirə”dən daha narahat rəqibdir”
- Ayxan Abbasov: “Komanda adı çəkmək mənə yaraşmaz, amma bu söhbətlər olacaq”
- Avropa çempionatında möhtəşəm nəticə
- Hakimlər “kimə işləyir”? - Araşdırma
- 90-cı dəqiqədə meydana çıxdı, “Neftçi” - “Araz-Naxçıvan” oyununun ən yaxşısı seçildi
- Emin Əmrullayev “Neftçi”ni təbrik edib, AFFA İcraiyyə Komitəsindən danışdı: “Bu nəticəyə görə sevinirik”
- Klublar Komitəsinin iclası keçirilib
- “Futzaldır, minifutboldur, bizim mentalitetlə “1 nömrə” kimi oynamaq çətindir, o potensial bizdə yoxdur”
- Təmkin Xəlilzadə: “Hazırkı Premyer Liqada çoxundan yaxşı oynayaram”
-
12:00
“Zirə” Tovuz səfərində, “Araz-Naxçıvan”ın növbəti ev sınağı
-
11:51
Qara dəniz derbisini "Samsunspor" qazandı VİDEO
-
11:42
"Latsio" üçün son dəqiqə şoku VİDEO
-
11:33
"Jirona" "Barselona"nı diz çökdürdü VİDEO
-
11:24
"Real"a çempionluq gətirən qələbə VİDEO
-
11:15
Azərbaycan cüdoçuları Göygoldəki Avropa Kubokunun ilk günündə 10 medal qazanıblar
-
11:08
"Bavariya" uduzdu VİDEO
-
10:56
Bu gün bədii gimnastika üzrə Avropa Kubokuna yekun vurulacaq
-
10:29
Şahruddinin inamlı oyunu qələbə gətirdi VİDEO
-
10:17
Heydər Əliyev Fondunun təşəbbüsü ilə təşkil olunan “Bakı marafonu 2024” start götürüb
-
10:00
"İnter" 29 oyundan sonra uduzdu VİDEO
-
22:41
Qurban Qurbanov: "Neftçi"yə qarşı hamı istəkli oynayır"
-
22:33
Mustafazadə daha 3 il “Qarabağ”da
-
22:16
Miodraq Bojoviç: “Azarkeşlərdən üzr istəyirəm”
-
21:59
"Neftçi" qapısında 5 qol gördü VİDEO
-
21:20
“Sumqayıt” üçün son dəqiqə şoku, “Neftçi” darmadağın oldu
-
19:18
"Sumqayıt" qələbəni əldən verdi VİDEO
-
18:57
Adil Şükürov: “Növbəti matçlarda da meydanda öz işimizi görəcəyik”
-
18:44
“Düşünürlər ki, bu imkanlarla necə olur ki, "Sumqayıt" bu yerdədir”
-
17:25
Millimiz Belarusa məğlub oldu
-
17:02
Azərbaycan və Kuba Gimnastika Federasiyaları arasında anlaşma memorandumu imzalanıb
-
16:39
Azərbaycan şahmatçısı Sloveniyada qızıl medal qazanıb
-
16:16
Stolüstü tennis üzrə Azərbaycan birinciliyinin mükafatçıları müəyyənləşib
-
15:57
Fərid Qayıbov beynəlxalq yarışlarda uğur qazanan idmançılarla görüşüb
-
12:31
Azərbaycanın bədii gimnastika millisi Avropa Kubokunda bürünc medal qazanıb
-
12:08
“Qəbələ”nin sabiq baş məşqçisi Renat Dadaşovun klubunda
-
11:52
Tələbə Liqasına yekun vurulub, qaliblər mükafatlandırılıb
-
10:45
"Atletik"dən 2 qol, 2 qırmızı vərəqə VİDEO
-
10:29
"Leypsiq" qələbəni əldən verdi VİDEO
-
10:14
Ozan Canın komandası xalsız qaldı
-
10:00
"Beşiktaş" sonda sevindi VİDEO
-
23:31
Azərbaycanın daha bir gimnastı finala yüksəlib
-
22:15
"Araz-Naxçıvan"ın iki futbolçusu məşqləri bərpa etdi
-
21:43
Azərbaycan Basketbol Liqası: "Sərhədçi" ümumi hesabı bərabərləşdirdi
-
21:30
"Prezident Kuboku - 2024" beynəlxalq reqatasının bağlanış mərasimi keçirilib
-
21:22
Azərbaycan və Monteneqro Gimnastika Federasiyaları arasında anlaşma memorandumu imzalanıb
-
17:59
33-cü turun hakim təyinatları
-
17:07
Azərbaycanı Olimpiya Təsnifat turnirində 9 güləşçi təmsil edəcək
-
16:41
U-17 və U-19 millilərimizin rəqibləri bəlli oldu
-
15:32
Zöhrə Ağamirova Avropa Kubokunda finala yüksəlib
-
15:26
Azərbaycan avarçəkənləri "Prezident Kuboku"nu 9 medalla başa vurublar
-
15:18
Bakıda Avropa çempionatı keçiriləcək
-
15:05
Bakıda məhəllələrarası minifutbol turnirinə yekun vurulub
-
14:53
“Böyük Dəbilqə”: Azərbaycan cüdoçularından uğursuz çıxış
-
14:11
Fərid Qayıbov: “Avarçəkmənin daha yüksək səviyyədə inkişafı üçün əlimizdən gələni edəcəyik”
-
13:34
Rəqibi təpiklə vuran futbolçunun cəzası açıqlandı
-
13:26
AFFA öz futbolçularını təhqir edən baş məşqçini cəzalandırdı
-
13:10
“Turan Tovuz”un müdafiəçisi 4 oyunluq cəzalandırıldı
-
12:47
Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunda ilk qaliblər müəyyənləşib
-
12:22
“Baku Open 2024” beynəlxalq şahmat festivalı keçiriləcək