5 May 2024, Bazar günü
Mustafazadə daha 3 il “Qarabağ”da
33-cü turun hakim təyinatları
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı

Ölkə futbolu

“Qəbələ” - “Qarabağ” oyunu təxirə salındı

Azərbaycan Premyer Liqasının 23-cü turu çərçivəsində keçirilməli olan “Qəbələ” - “Qarabağ” oyunu təxirə salınıb.

Futbolxeber.az saytının məlumatına görə, bu barədə Peşəkar Futbol Liqasının mətbuat xidməti açıqlama yayıb:

“Qarabağ” klubunun rəsmi müraciəti, “Qəbələ” klubunun razılıq məktubu, PFL Əsasnaməsinin 6-cı maddəsinin 2-ci bəndi nəzərə alınaraq “Qarabağ” klubunun ölkəmizi Avropa Liqasında layiqincə təmsil etməsi məqsədilə Misli Premyer Liqasının 23-cü turunun “Qəbələ” - “Qarabağ” oyunu PFL tərəfindən təxirə salınıb. Görüşün oynanılma vaxtı ilə bağlı PFL-in rəsmi saytında əlavə məlumat yerləşdiriləcək. Komandaların əvəzedici heyətləri arasında baş tutacaq oyun təqvimə uyğun şəkildə reallaşacaq".

Qeyd edək ki, "Qəbələ" - "Qarabağ" oyununun fevralın 18-də keçirilməsi nəzərdə tutulurdu.

Əlavə edək ki, "Qarabağ" Avropa Liqasının pley-off mərhələsində Portuqaliya "Braqa"sı ilə qarşılaşacaq. İlk görüş fevralın 15-də səfərdə, cavab görüşü isə fevralın 22-də Bakıda keçiriləcək.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31