5 May 2024, Bazar günü
Mustafazadə daha 3 il “Qarabağ”da
33-cü turun hakim təyinatları
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı

Ölkə futbolu

Qurban Qurbanovdan onun gedişinə yaşıl işıq: “Bu təklifin istisna hal kimi dəyərləndirilməsini istədi”

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov komandanın müdafiəçisi Rahil Məmmədovun Polşanın LKS klubuna transfer olunmasına razılıq verib.

Futbolxeber.az saytına açıqlamasında bu barədə “Qarabağ”ın mətbuat xidmətinin rəhbəri Anar Hacıyev məlumat verib.

O vurğulayıb ki, digər futbolçulardan fərqli olaraq Rahil Məmmədovun gedişinə baş məşqçi istisna hal kimi yanaşılmasını istəyib:

“Klubumuz hər zaman idman prinsiplərini üstün tutur və nəticələrlə azarkeşlərimizi sevindirmək əsas prioritetdir. Bildiyiniz kimi, hazırkı qış transfer dönəmində bir neçə futbolçumuza təkliflər olsa da, heç bir futbolçunun buraxılmaması qərarı verilmişdi. Amma baş məşqçimiz Qurban Qurbanov Rahilin milli komandamızın üzvü olmasını, legioner həyatı yaşamaq istəyini və karyera perspektivini nəzərə alaraq bu təklifin istisna hal kimi dəyərləndirilməsini istədi və rəhbərlik məsələyə etiraz etmədi”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31