5 May 2024, Bazar günü
Mustafazadə daha 3 il “Qarabağ”da
33-cü turun hakim təyinatları
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı

Ölkə futbolu

“Neftçi”nin yeni transferi: “Tarix yazmağa gəlmişəm”

“Təəssüratlarım çox yaxşıdır. Düşünürəm ki, mənim üçün çox yaxşı təcrübə olacaq. Burada yaxşı atmosfer var”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Neftçi"nin yeni transferi Alfa Konte klubun telekanalına açıqlamasında deyib.

"İlk dəfədir bu şəhərdə oluram. Amma səmimi deyim ki,  gözəl şəhərdir. "Neftçi"  yaxşı klubdur. Sadəcə, düşüncələrim mənə dedi ki, get. Fikirləşdim ki, mənim üçün ən yaxşısı budur. Yəni düşüncələrimin arxasınca getdim. İnandım ki, bu, mənim üçün yaxşı təklifdir və bunu qəbul etməliyəm", - deyə o bildirib.

Syerra-leoneli vinger daha sonra vurğulayıb: "Bəli, Julius Vobayla telefon vasitəsilə əlaqə saxlamışam. O, mənə komanda haqda çoxlu xoş sözlər deyib. Fikirləşirəm ki, onun sözləri buraya gəlmək və bu möhtəşəm klubla tarix yazmaq üçün məni daha da həvəsləndirdi. Burada əsas məqsədim "Neftçi" ilə tarix yazmaq, azarkeşləri sevindirmək, komanda ilə birlikdə daha böyük uğurlara imza atmaqdır. "Neftçi"nin son 5, 6, 7 ili ilə bağlı məlumatım var. Klub haqda eşitmişəm. Bu komanda ilə tarix yazmaq niyyətindəyəm. Əlimdən gələnin ən yaxşısını etmək istəyirəm ki, komanda layiq olduğu səviyyəyə çatsın və azarkeşlərin sevindirsin".

Konte sonda azarkeşlərə səslənib: "Azarkeşlərə demək istəyirəm ki, Alfa buradadır. Mən bura tarix yazmağa gəlmişəm. İnanıram ki, biz birlikdə çox sevinəcəyik. Sadəcə, gözləyin".

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31