5 May 2024, Bazar günü
33-cü turun hakim təyinatları
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı

Ölkə futbolu

Ayxan Abbasov: “Bu istirahətə ehtiyacımız var idi”

"Yanvarın 3-dən Türkiyədə məşqlərə başlamışıq. Legionerlər ayın 6-dan komandaya qoşulub. Futbolçular istirahətdən gəliblər. Hazırlığımız yaxşı keçir. Çempionatımızın gərginliyinə baxanda bu istirahətə ehtiyacımız var idi”.

Futbolxeber.az saytına açıqlamasında bu sözləri “Turan Tovuz”un baş məşqçisi Ayxan Abbasov deyib.

O, hazırda heyətlə bağlı problem yaşamadıqlarını bildirib: “Sevindirici haldır ki, heyətimizdə hər hansı bir itki yoxdur. Komandada hər kəs sağlamdır”.

Tovuz klubunun çalışdırıcısı transfer çalışmalarına da toxunub: “Hələ ki transfer etməmişik. Axtarışlarımız davam edir. Danışıq apardığımız futbolçular var. Amma nəzərə almaq lazımdır ki, qışda transfer etmək çətindir”.

A.Abbasov qeyd edib ki, hansısa futbolçunun baxışa gəlməsini istəmir: “Baxış istəmirik. Hansısa çoxdan oynamayan, bizim diqqətimizi cəlb edən futbolçu olsa, müqavilə bağlayıb heyətə cəlb edə bilərik”.

Qeyd edək ki, “Turan Tovuz” sabah toplanış çərçivəsində ilk yoxlaa oyununa çıxacaq. Ayxan Abbasovun komandası Rumıniya yüksək liqa təmsilçisi “Voluntari”  ilə üz-üzə gələcək.

Azad NURİYEV




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31