5 May 2024, Bazar günü
33-cü turun hakim təyinatları
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı

Ölkə futbolu

“Sumqayıt”dan şad xəbər: Zədəlilərdən ikisi qayıtdı

Antalyada məşqlərini davam etdirən “Sumqayıt”ın zədəli futbolçularından ikisi sıraya dönüb.

Futbolxeber.az saytına bu barədə klubun mətbuat xidmətinin rəhbəri Zaur Xudiyev məlumat verib.

O qeyd edib ki, bir müddət əvvəl əməliyyat olunan İsa Suliman və Kasimir Ninqa artıq məşqlərə başlayıb.

Klub rəsmisi komandada vəziyyətin qaydasında olduğunu bildirib: “Artıq 3 gündür Antalyadayıq. Legionerlər də düşərgəyə qoşulublar. Məşqlərimiz qaydasında keçir. Komandadan heç kim ayrılmayıb. Eləcə də düşərgəyə qoşulan yeni futbolçu yoxdur. Baş məşqçimizin də dediyi kimi, hazır oyunçu olsa, heyətə qatacağıq”.

Z.Xudiyev əlavə edib ki, əməliyyat olunan digər iki futbolçu - Vüqar Mustafayev və Kristian Velinovski hazırda bərpa prosesi keçirlər. Onların nə vaxt komandaya qoşulacaqları hələ məlum deyil.   

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31