5 May 2024, Bazar günü
33-cü turun hakim təyinatları
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı

Ölkə futbolu

“Qurban Qurbanovun parlaq futbol karyerasının bir parçası olmaq mənim üçün fəxrdir”

“Filmi izlədim. Əla təsir bağışladı”.

Futbolxeber.az saytına açıqlamasında bu sözləri “Qarabağ”ın sabiq futbolçusu Rəşad Sadıqov Ağdam klubunun baş məşqçisi Qurban Qurbanova həsr edilmiş “Stadionlar səssiz olanda” filmi barədə danışarkən deyib.  

O bildirib ki, bu film Qurbanovun motivasiyasını daha da artıracaq: “Hamımız fəxr edirik ki, Qurban Qurbanova belə diqqət ayrılıb. Qurban müəllimi yaxşı tanıyan biri  insan kimi deyə bilərəm ki, bu film onun üçün daha da motivasiya olacaq. Təbii ki, buna qədər də bütün gücü ilə çalışırdı, bundan sonra daha əzmlə işləyəcək”.

Rəşad Sadıqov filmdəki prototipi olan 14 nömrədən də söz açıb: “14 nömrə xoş təsir bağışladı. O illəri, o günləri, o oyunları xatırlamaq hər zaman xoşdur. Qurban müəllimin parlaq futbol karyerasının bir parçası olmaq mənim üçün fəxrdir. Filmdə Maksim Medvedev, Riçard Almeyda da canlanırdı. Bunlar hamısı o illəri danılmaz qəhrəmanlarıdır”.

Fərəc ASLANOV

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31