5 May 2024, Bazar günü
33-cü turun hakim təyinatları
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı

Ölkə futbolu

De Byazi: "Azərbaycan futbol hərəkatına çox şey verdiyimi düşünürəm"

"Bu üç il ərzində Azərbaycan futbol hərəkatına çox şey verdiyimi düşünürəm".

Futbolxeber.az saytının məlumatına görə, bunu Azərbaycan millisinin sabiq baş məşqçisi Canni De Byazi "Tuttoudinese" nəşrinə açıqlamasında deyib.

67 yaşlı mütəxəssis yığmada işləməyə hazır olduğunu bildirib: "Avropa çempionatının seçmə mərhələsində 5 komandadan ibarət qrupda 7 xal əldə etdik. Birinci dərəcəli komandalarla bərabər oynadıq. Belçika ilə evdəki matçda bir epizoda görə uduzduq. Avstriya ilə qarşılaşmada bərabərliyə layiq idik. İsveçlə görüşdəki qələbə tarixdə qalacaq. 3:0 hesabı ilə qalib gələcəyimizi heç düşünməmişdim. Heyətdə maraqlı oyunçular var. Artıq yol asfaltlanıb, ümid edirəm ki, bu hərəkat növbəti illərdə daha da böyüyəcək. Bu, mənim üçün məmnunedici səyahət idi. Resurslar az olanda belə, komandanın futbol oynaya biləcəyini nümayiş etdirdim. Azərbaycan yığmasında çalışmaq dil fərqindən başlayaraq, bir çox səbəblərə görə asan deyil".

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31