5 May 2024, Bazar günü
33-cü turun hakim təyinatları
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı

Ölkə futbolu

“Turan Tovuz” üçün yubiley

“Turan Tovuz” Azərbaycan çempionatlarında yubiley oyununu keçirib.
 
Futbolxeber.az saytının məlumatına görə, Premyer Liqanın XIV turunda “Qəbələ”yə qarşı səfər görüşü tovuzluların 50-ci matçı olub.
 
Premyer Liqada ötən mövsüm debüt edən Tovuz təmsilçisi bu müddətdə 14 qələbə qazanıb, 12 heç-heçə edib və 24 dəfə məğlub olub. 50 qarşılaşmada 57 qol vuran komanda 71 top buraxıb.
 
Yalnız bir baş məşqçinin rəhbərliyi altında çıxış edən “Turan Tovuz” Ayxan Abbasovun başçılığı ilə 50-ci çempionat görüşünü keçirib. Tovuzlular evdə 24, səfərdə 26 oyuna çıxıblar. Qərblilər ölkə çempionatında 50 və daha çox matç keçirən 46-cı komandadır.
 
Qeyd edək ki, “Qəbələ” - “Turan Tovuz” oyunu birincilərin 4:0 hesablı qələbəsi ilə yekunlaşıb (pfl.az).
 
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31