5 May 2024, Bazar günü
33-cü turun hakim təyinatları
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı

Ölkə futbolu

Anas Najah: “Əgər özümüzə inansaq...” (MÜSAHİBƏ)

“Səbail”in yarımmüdafiəçisi Anas Najahın Futbolxeber.az saytına müsahibəsi

 

- “Kəpəz”lə oyundakı xal itikisini (0:0) nə ilə əlaqələndirmək olar?

- Yaratdığımız şanslara baxanda bəli, etiraf edirəm ki, bu matçda 2 xal itirdik. Düzdür, belə bir oyunda çoxsaylı şanslar yarada bilməyimiz müsbət haldır. Şanslar yarada bilməsəydik, daha çox məyus olardıq. Bununla belə, xal itkisi heç vaxt xoş deyil. Matç boyu dominant oynadıq. Bütün mövqelərdə öz ağırlığımızı göstərirdik. Yaxşı mübarizənin şahidi olduq. Çatışmayan tək cəhət fərqlənmək idi.

- Qeyd etdiyiniz kimi, “Kəpəz”lə matçda yalnız qol çatışmadı. Halbuki bunun üçün şanslarınız var idi. Fərqlənməyinizə nə mane oldu?

- Doğrudur, şanslar yarada bildik, yaxşı epizodlarımız oldu. Xüsusən də David Qomisin yaratdığı şanslara fikir versəniz, biri çox təhlükəli epizod idi. Fərqlənmək üçün çatışmayan tək cəhət bitiriciliyin olmaması idi. Biz hər oyun belə epizodlar üstündə işləməliyik. Komandada özünəinam faktoru çox vacibdir. Əgər özümüzə inansaq, komanda şəklində hər şey bizim üçün yaxşı olacaq.

- Kapitan Ağabala Ramazanovun yoxluğu komandanın oyununa nı dərəcədə təsir göstərdi?

- Ağabala ilə yanaşı, başqa itkirlərimizdə də var idi. Təbii ki, Ağabalanın yoxluğu hiss olunurdu. Düşünürəm ki, Ağabala Ramazanov olduqca yaxşı futbolçudur. Onun yoxluğu komanda üçün böyük itkidir. Ramazanovla yanaşı, Adi də meydanda deyildi. Ramalinqom yalnız sona yaxın oyuna qoşuldu. Bütün bunlar da istər-istəməz nəticəyə təsirini göstərir.

- Öz oyununuzdan nə dərəcə razı qaldız?

- Belə suallara baş məşqçi daha yaxşı cavab verə bilər. Özüm hər oyun meydanda bacardığımın ən yaxşısını edirəm. "Səbail"in heyətində ürəklə meydana çıxıram. Burdakı insanlar mənə xoş təsir edir. Onlar məni ailə olaraq qəbul edir, həmişə xoş qarşılayır. Öz növbəmdə mən də onları ailəm olaraq görürəm. Təbii ki, hər oyunda bacardığımın 100 faizini ortaya qoya bilmərəm. Bu, mümkün deyil.

- “Səbail” “Kəpəz”lə görüşdəki xal itikisini qarşıdakı matçlarda bərpa edə biləcək?

- Qarşıda kubok matçı bizi gözləyir. Həmin oyunda mütləq qələbə qazanmalıyıq. Rəqib aşağı liqa təmsilçisi olsa da, hər matça final kimi baxırıq.

Azad NURİYEV

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31