Ölkə futbolu
Elmar Baxşıyev: "Oyundan-oyuna daha sanballı "Qəbələ" görəcəyik"
"Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev Azərbaycan Premyer Liqasının 14-cü turunun "Turan Tovuz"la oyundan (4:0) sonra jurnalistlərin suallarını cavablandırıb.
Futbolxeber.az saytının məlumatına görə, o, əvvəlcə matç barədə fikirlərini bildirib: “Maraqlı oyun alındı. İlk turdan komandamın belə hücumda rəngarəng görünməsini istəyirdim və onlardan bunu tələb edirdim. Oyun üçün müəyyən planlarımız var idi. Hansı ki, onun üzərində də fasilə dönəmində işləyirdik. Sevindirici haldır ki, komanda meydanda onu yerinə yetirə bildi. Komandamı təbrik edirəm. Qələbə qazandıq. Amma biz də bilirik ki, daha yaxşı olmağa cəhd etməliyik. Bu komandanın potensialı var və inanıram ki, oyundan-oyuna daha da sanballı "Qəbələ" görəcəyik”.
- Fasilədən sonra iki sürətli əsk-hücumlardan sonra qol vurdunuz. Bu, ilk hissədən sonra paltardəyişmə otağında futbolçulara verdiyiniz tapşırıq idi, yoxsa necə?
- Desəm ki, onun üzərində işləmişdik, xeyr. Amma o da işlədiyimiz elementlərdən biridir. Hücumameyilli oyunçularımızın hamısı sürətlidir. Daha çox dominant futbol oynamağa çalışırıq. Amma əlbəttə ki, top həmişə bizdə olmur. Topu ələ keçirdikdə, komandanın qarşısına sürətli əks-hücumlara çıxmaq vəzifəsi də qoyuruq. Bu oyunda alındı.
- Bilal Auaşeriyanı bu gün fərqli mövqedə, hücumda oynatdınız. Bu qərarınızı necə şərh edərdiz?
- Desəm ki, Bilal sırf 9 nömrədir, yalan danışmış olaram. Universal futbolçudur. Üç mövqedə oynaya biləcək oyunçudur. Bizim bu oyun üçün planlarımız var idi, Bilalın sırf hücum kimi oynaması da onun tərkib hissələrindən oldu.
- Bu variant uğurlu alındısa, növbəti matçlarda da istifadə edəcəksiz?
- Ola bilər ki, qardaşıkı matçda cinah yarımmüdafiəçisi kimi başlasın. Oyunumuzu rəqibə görə də qururuq. Amma nəinki Bilal, ehtiyatda olan futbolçularımızı da həmin mövqedə görə bilərik.
- Tam görmək istədiyiniz "Qəbələ" bu idi?
- Tam səmimi deyim, oyun planında çox artırmalıyıq. Onlardan daha çox topa nəzarət etmək tələb olunur. O da ki, oyundan-oyuna yoluna qoyulacaq.
- Bu cür futbol oynayan komanda necə olur ki, turnir cədvəlinin son pillələrində qərarlaşır?
- Bu sualı cavablandırmağa çalışsam, iki gün oturub danışmaq lazım olacaq. Futbol çox sadə və mürəkkəb idman növüdür. Əlimin altında bütün futbolçular olanda, daha rəngarəng oynayırıq. Bəzi oyunçular olmayanda, hücumçunu müdafiəmeyilli oynatmağa çalışırıq ki, boşluğu dolduraq. Mən də bilirəm ki, bu komandanın potensialı var. İnanıram ki, "Qəbələ" artıracaq. Bizə və kluba sonuncu pillələrdə qərarlaşmaq yaraşmır.
- "Qarabağ"a qarşı matçda taktikanıza sadiq qalacaqsız, yoxsa müəyyən dəyişikliklər olacaq?
- Öz oyun planımız var. Bilirik ki, "Qarabağ" çempionatımızın hegemonudur. Bu komandaya qarşı da komandanı hazırlayıb, uğurlu nəticəyə köklənəcəyik.
- Bu gün "Qəbələ" ev oyununa səfər formasında çıxmışdı. Bu da uğursuzluğun qarşısını almaq üçün atılmış addım idi?
- İki formamız var, biri qırmızı, digəri ağ. Seçim mənim yox, futbolçuların idi. Bu gün ağ formada oynamaq istədilər (sportal.az).
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- Milli komandamızın yeni baş məşqçisi müəyyənləşib: Mayın əvvəli Bakıya gəlir
- Asif Məmmədov: “Kimsə bunu sübut etsə, üzr istəməyə hazıram”
- AFFA İcraiyyə Komitəsinin üzvü: “Premyer Liqada klub sayının artırılması gündəmdədir”
- Minifutbol millimizin heyəti narazılıqla qarşılandı, baş məşqçi danışmaq istəmədi
- Basketbol federasiyasının diqqətinə: Təhlükəsizliyə bu qədər biganə yanaşmaq olmaz!
- “Aznur”un baş məşqçisi: “Mənim üçün “Birbaşa Bakı” “Zirə”dən daha narahat rəqibdir”
- Azər Bağırov: “Futbolçular tapşırıqları icra etmirlər”
- Ayxan Abbasov: “Komanda adı çəkmək mənə yaraşmaz, amma bu söhbətlər olacaq”
- Avropa çempionatında möhtəşəm nəticə
- Hakimlər “kimə işləyir”? - Araşdırma
- 90-cı dəqiqədə meydana çıxdı, “Neftçi” - “Araz-Naxçıvan” oyununun ən yaxşısı seçildi
- Emin Əmrullayev “Neftçi”ni təbrik edib, AFFA İcraiyyə Komitəsindən danışdı: “Bu nəticəyə görə sevinirik”
- Klublar Komitəsinin iclası keçirilib
- “Futzaldır, minifutboldur, bizim mentalitetlə “1 nömrə” kimi oynamaq çətindir, o potensial bizdə yoxdur”
- Təmkin Xəlilzadə: “Hazırkı Premyer Liqada çoxundan yaxşı oynayaram”
-
18:24
“Sumqayıt” üçün son dəqiqə şoku, “Neftçi” “Qarabağ”a qarşı (YENİLƏNİR)
-
17:25
Millimiz Belarusa məğlub oldu
-
17:02
Azərbaycan və Kuba Gimnastika Federasiyaları arasında anlaşma memorandumu imzalanıb
-
16:39
Azərbaycan şahmatçısı Sloveniyada qızıl medal qazanıb
-
16:16
Stolüstü tennis üzrə Azərbaycan birinciliyinin mükafatçıları müəyyənləşib
-
15:57
Fərid Qayıbov beynəlxalq yarışlarda uğur qazanan idmançılarla görüşüb
-
12:31
Azərbaycanın bədii gimnastika millisi Avropa Kubokunda bürünc medal qazanıb
-
12:08
“Qəbələ”nin sabiq baş məşqçisi Renat Dadaşovun klubunda
-
11:52
Tələbə Liqasına yekun vurulub, qaliblər mükafatlandırılıb
-
10:45
"Atletik"dən 2 qol, 2 qırmızı vərəqə VİDEO
-
10:29
"Leypsiq" qələbəni əldən verdi VİDEO
-
10:14
Ozan Canın komandası xalsız qaldı
-
10:00
"Beşiktaş" sonda sevindi VİDEO
-
23:31
Azərbaycanın daha bir gimnastı finala yüksəlib
-
22:15
"Araz-Naxçıvan"ın iki futbolçusu məşqləri bərpa etdi
-
21:43
Azərbaycan Basketbol Liqası: "Sərhədçi" ümumi hesabı bərabərləşdirdi
-
21:30
"Prezident Kuboku - 2024" beynəlxalq reqatasının bağlanış mərasimi keçirilib
-
21:22
Azərbaycan və Monteneqro Gimnastika Federasiyaları arasında anlaşma memorandumu imzalanıb
-
17:59
33-cü turun hakim təyinatları
-
17:07
Azərbaycanı Olimpiya Təsnifat turnirində 9 güləşçi təmsil edəcək
-
16:41
U-17 və U-19 millilərimizin rəqibləri bəlli oldu
-
15:32
Zöhrə Ağamirova Avropa Kubokunda finala yüksəlib
-
15:26
Azərbaycan avarçəkənləri "Prezident Kuboku"nu 9 medalla başa vurublar
-
15:18
Bakıda Avropa çempionatı keçiriləcək
-
15:05
Bakıda məhəllələrarası minifutbol turnirinə yekun vurulub
-
14:53
“Böyük Dəbilqə”: Azərbaycan cüdoçularından uğursuz çıxış
-
14:11
Fərid Qayıbov: “Avarçəkmənin daha yüksək səviyyədə inkişafı üçün əlimizdən gələni edəcəyik”
-
13:34
Rəqibi təpiklə vuran futbolçunun cəzası açıqlandı
-
13:26
AFFA öz futbolçularını təhqir edən baş məşqçini cəzalandırdı
-
13:10
“Turan Tovuz”un müdafiəçisi 4 oyunluq cəzalandırıldı
-
12:47
Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunda ilk qaliblər müəyyənləşib
-
12:22
“Baku Open 2024” beynəlxalq şahmat festivalı keçiriləcək
-
12:04
Azərbaycan Kubokunun final oyununa təyinatlar açıqlanıb
-
11:39
Millimizin baş məşqçisi məğlubiyyəti şərh etdi
-
11:16
"Prezident Kuboku-2024": Azərbaycan avarçəkənləri növbəti medalı qazanıblar
-
10:51
I Liqanı tərk edəcək komanda müəyyənləşib
-
10:28
Azərbaycan birinciliyinin final oyunlarının vaxtı müəyyənləşib
-
10:03
"Roma" "Bayer"lə bacarmadı VİDEO
-
09:47
Bakıda bədii gimnastika üzrə Avropa Kuboku start götürüb
-
09:30
"Sumqayıt" "Kəpəz"lə oyuna hazırlaşır FOTOLENT
-
22:21
"Şamaxı" "Zaqatala"ya qalib gəldi VİDEO
-
21:56
Millimiz Belarusa məğlub oldu
-
21:39
“Neftçi” mübarizəni dayandırdı
-
19:44
Bakıda bədii gimnastika üzrə Avropa Kubokunun açılış mərasimi olub
-
19:43
"Prezident Kuboku-2024": Azərbaycan avarçəkənləri günü 1 dəst medalla başa vurublar
-
19:12
"Qaradağ Lökbatan" 3 xalı 3 qolla qazandı VİDEO
-
18:27
“Qaradağ-Lökbatan” və “Şamaxı”dan qələbə
-
18:06
"Prezident Kuboku-2024": Azərbaycanın daha bir avarçəkəni medal qazanıb
-
17:45
Mohammed Kadiri: “Nəinki "Zirə, istənilən rəqibə qalib gələ bilərik”
-
16:38
İspaniyalı baş məşqçi: "Prezident Kuboku”nda iştirak hər bir idmançı üçün yaxşı təcrübə olacaq"