Ölkə futbolu
Ayxan Abbasov: “Komanda məğlub olubsa, hər kəs günahkardır”
"Turan Tovuz"un baş məşqçisi Ayxan Abbasov Azərbaycan Premyer Liqasının 14-cü turunun "Qəbələ" ilə (0:4) oyunundan sonra mətbuat konfransı keçirib.
Futbolxeber.az saytının məlumatına görə, təcrübəli mütəxəssis əvvəlcə oyunla bağlı fikirlərini açıqlayıb: “Bu cür oyundan sonra danışmaq çətindir. Acı məğlubiyyətlə üzləşdik. Oyuna baxsaq, birinci qola qədər bərabərsəviyyəli oyun gedirdi. Həmin qol komandamıza pis təsir etdi. İkinci hissə dəyişiklik etdik. Bilirdik ki, rəqib əks-hücumlarda çox güclüdür. Hesab 3:0 olduqdan sonra sistemi dəyişdik, hücumamemeyilli oyunçuların hamısını meydana buraxdıqdan sonra bəlkə də, bir qol bizi həvəsləndirə bilərdi. Amma təəssüf ki, olmadı. "Qəbələ" bu gün çox yaxşı oynadı. Üzücü məğlubiyyətdir. Bundan dərs çıxarmalıyıq. Çünki toparlanmaq lazımdır. Mövsüm uzundur. Futbolçulara da dedim ki, bu cür məğlubiyyətdən sonra ruhdan düşmək yox, toparlanmaq vacibdir. Çünki sabah özümüzü çətin duruma sala bilərik. Bu durumdan çıxmağa çalışacağıq. Komandama inanıram. Gələcək oyunlarda azarkeşlərimizi sevindirəcəyik”.
- "Turan Tovuz"un ehtiyat qüvvəsi kasad görünür. Yanvarda transferlər gözlənilir?
- İstəyərik ki, yeni futbolçularımız olsun. Amma inanın ki, bu dəqiqə bizim üçün qarşıdan gələn oyunlar çox vacibdir. Ona görə də, düşünməyə vaxt yoxdur. Zədəli və zədədən yeni qayıdan futbolçular var. Bu gün çox dəyişiklik etdik. Amma elə oyunlar var ki, dəyişiklik heç fayda vermir. "Qəbələ" ikinci yarıda elə üstünlük əldə etdilər ki, onlara hansı dəyişiklik etsən də, çətin idi. Amma bəzi mövqelər var ki, axsayırıq.
- Buraxılan qollar zamanı müdafiəçilərinizin yol verdiyi səhvlərə necə izah verəcəksiz?
- Birinci qol gözümün qarşısında oldu. Bir anlıq oyunçunu buraxdılar və dönüb çox yaxşı qol vurdu. Orada mövqe səhvimizi etmişdik. Yaxın oynamaq lazım idi. Digərlər qolları isə əks-hücumlar zamanı vuruldu. Risk etməliydik, amma bunu tez etdik. İkinci hissə dəyişiklik etdik. Gözləyirdik ki, 10-15 dəqiqə rəqib tərəfdə olaq. Əslində, belə də etdik. Sadəcə top itkisindən sonra geri dönüşümüz sürətli olmadı, rəqib bizdən sürətli oldu. Komanda məğlub olubsa, hər kəs günahkardır.
- Komanda hazırda 8-ci pillədədir və aşağı mövqedəki komandalar sizə yaxınlaşır. Bu məqam komandada gərginlik yarada bilər?
- Gərginlik birinci turdan olur. Turnir cədvəlində üst pillələrdə ola bilərdik, amma biz bilirdik ki, çempionat uzundur. Digər komandaların gücü də bəllidir. Bəzi reallıqlar var və biz bundan qaçmırıq. Mövsümün əvvəlindən məqsədimizin nə olduğunu deyirdik. Bunun uğrunda da mübarizə aparmaq lazımdır. Sadəcə, əsas odur ki, asan təslim olmayaq. "Qəbələ" ilə matçın ikinci yarısı bəlkə də, mövsüm ərzində ən zəif oyunumuz idi. Qola qədər epizodlarımız var idi. Amma buraxılan qoldan sonra narahatçılıq yaşandı. Biz də rəqibə 4:0 qalib gəlmişik. Futbolda belə hadisələr baş verir (sportal.az).
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- Milli komandamızın yeni baş məşqçisi müəyyənləşib: Mayın əvvəli Bakıya gəlir
- Asif Məmmədov: “Kimsə bunu sübut etsə, üzr istəməyə hazıram”
- AFFA İcraiyyə Komitəsinin üzvü: “Premyer Liqada klub sayının artırılması gündəmdədir”
- Minifutbol millimizin heyəti narazılıqla qarşılandı, baş məşqçi danışmaq istəmədi
- Basketbol federasiyasının diqqətinə: Təhlükəsizliyə bu qədər biganə yanaşmaq olmaz!
- Azər Bağırov: “Futbolçular tapşırıqları icra etmirlər”
- “Aznur”un baş məşqçisi: “Mənim üçün “Birbaşa Bakı” “Zirə”dən daha narahat rəqibdir”
- Ayxan Abbasov: “Komanda adı çəkmək mənə yaraşmaz, amma bu söhbətlər olacaq”
- Avropa çempionatında möhtəşəm nəticə
- 90-cı dəqiqədə meydana çıxdı, “Neftçi” - “Araz-Naxçıvan” oyununun ən yaxşısı seçildi
- Hakimlər “kimə işləyir”? - Araşdırma
- Emin Əmrullayev “Neftçi”ni təbrik edib, AFFA İcraiyyə Komitəsindən danışdı: “Bu nəticəyə görə sevinirik”
- Klublar Komitəsinin iclası keçirilib
- “Futzaldır, minifutboldur, bizim mentalitetlə “1 nömrə” kimi oynamaq çətindir, o potensial bizdə yoxdur”
- Təmkin Xəlilzadə: “Hazırkı Premyer Liqada çoxundan yaxşı oynayaram”
-
18:24
“Sumqayıt” üçün son dəqiqə şoku, “Neftçi” “Qarabağ”a qarşı (YENİLƏNİR)
-
17:25
Millimiz Belarusa məğlub oldu
-
17:02
Azərbaycan və Kuba Gimnastika Federasiyaları arasında anlaşma memorandumu imzalanıb
-
16:39
Azərbaycan şahmatçısı Sloveniyada qızıl medal qazanıb
-
16:16
Stolüstü tennis üzrə Azərbaycan birinciliyinin mükafatçıları müəyyənləşib
-
15:57
Fərid Qayıbov beynəlxalq yarışlarda uğur qazanan idmançılarla görüşüb
-
12:31
Azərbaycanın bədii gimnastika millisi Avropa Kubokunda bürünc medal qazanıb
-
12:08
“Qəbələ”nin sabiq baş məşqçisi Renat Dadaşovun klubunda
-
11:52
Tələbə Liqasına yekun vurulub, qaliblər mükafatlandırılıb
-
10:45
"Atletik"dən 2 qol, 2 qırmızı vərəqə VİDEO
-
10:29
"Leypsiq" qələbəni əldən verdi VİDEO
-
10:14
Ozan Canın komandası xalsız qaldı
-
10:00
"Beşiktaş" sonda sevindi VİDEO
-
23:31
Azərbaycanın daha bir gimnastı finala yüksəlib
-
22:15
"Araz-Naxçıvan"ın iki futbolçusu məşqləri bərpa etdi
-
21:43
Azərbaycan Basketbol Liqası: "Sərhədçi" ümumi hesabı bərabərləşdirdi
-
21:30
"Prezident Kuboku - 2024" beynəlxalq reqatasının bağlanış mərasimi keçirilib
-
21:22
Azərbaycan və Monteneqro Gimnastika Federasiyaları arasında anlaşma memorandumu imzalanıb
-
17:59
33-cü turun hakim təyinatları
-
17:07
Azərbaycanı Olimpiya Təsnifat turnirində 9 güləşçi təmsil edəcək
-
16:41
U-17 və U-19 millilərimizin rəqibləri bəlli oldu
-
15:32
Zöhrə Ağamirova Avropa Kubokunda finala yüksəlib
-
15:26
Azərbaycan avarçəkənləri "Prezident Kuboku"nu 9 medalla başa vurublar
-
15:18
Bakıda Avropa çempionatı keçiriləcək
-
15:05
Bakıda məhəllələrarası minifutbol turnirinə yekun vurulub
-
14:53
“Böyük Dəbilqə”: Azərbaycan cüdoçularından uğursuz çıxış
-
14:11
Fərid Qayıbov: “Avarçəkmənin daha yüksək səviyyədə inkişafı üçün əlimizdən gələni edəcəyik”
-
13:34
Rəqibi təpiklə vuran futbolçunun cəzası açıqlandı
-
13:26
AFFA öz futbolçularını təhqir edən baş məşqçini cəzalandırdı
-
13:10
“Turan Tovuz”un müdafiəçisi 4 oyunluq cəzalandırıldı
-
12:47
Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunda ilk qaliblər müəyyənləşib
-
12:22
“Baku Open 2024” beynəlxalq şahmat festivalı keçiriləcək
-
12:04
Azərbaycan Kubokunun final oyununa təyinatlar açıqlanıb
-
11:39
Millimizin baş məşqçisi məğlubiyyəti şərh etdi
-
11:16
"Prezident Kuboku-2024": Azərbaycan avarçəkənləri növbəti medalı qazanıblar
-
10:51
I Liqanı tərk edəcək komanda müəyyənləşib
-
10:28
Azərbaycan birinciliyinin final oyunlarının vaxtı müəyyənləşib
-
10:03
"Roma" "Bayer"lə bacarmadı VİDEO
-
09:47
Bakıda bədii gimnastika üzrə Avropa Kuboku start götürüb
-
09:30
"Sumqayıt" "Kəpəz"lə oyuna hazırlaşır FOTOLENT
-
22:21
"Şamaxı" "Zaqatala"ya qalib gəldi VİDEO
-
21:56
Millimiz Belarusa məğlub oldu
-
21:39
“Neftçi” mübarizəni dayandırdı
-
19:44
Bakıda bədii gimnastika üzrə Avropa Kubokunun açılış mərasimi olub
-
19:43
"Prezident Kuboku-2024": Azərbaycan avarçəkənləri günü 1 dəst medalla başa vurublar
-
19:12
"Qaradağ Lökbatan" 3 xalı 3 qolla qazandı VİDEO
-
18:27
“Qaradağ-Lökbatan” və “Şamaxı”dan qələbə
-
18:06
"Prezident Kuboku-2024": Azərbaycanın daha bir avarçəkəni medal qazanıb
-
17:45
Mohammed Kadiri: “Nəinki "Zirə, istənilən rəqibə qalib gələ bilərik”
-
16:38
İspaniyalı baş məşqçi: "Prezident Kuboku”nda iştirak hər bir idmançı üçün yaxşı təcrübə olacaq"