5 May 2024, Bazar günü
Mustafazadə daha 3 il “Qarabağ”da
33-cü turun hakim təyinatları
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı

Ölkə futbolu

Adil Şükürov: “Futbolçuların özlərini göstərmək üçün qışa qədər vaxtları var”

“İlk növbədə mənə etimsd göstərən hər kəsə təşəkkür edirəm. “Kəpəz”sevərlərə minnətdaram ki, bu gün bizi tək qoymadılar. Onların dəstəyi komandanı daha da ruhlandırırdı”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Kəpəz”in baş məşqçisi Adil Şükürov Azərbaycan Premyer Liqasının XIV turunda “Səbail”lə qolsuz başa çatan görüşdən sonra deyib.

O, komandanı qarşıda daha çətin oyunlar gözlədiyini bildirib: “Bir qədər vaxta ehtiyacımız var. Bugünkü oyun göstərdi ki, geridə qalan müddətdə qismən istədiklərimizə nail olmuşuq. Qarşıda bizi daha ciddi oyunlar gözləyir. Sıx qrafikdə oynayacağıq. Futbolçularla bu barədə söhbətlərimiz olub. İnanıram ki, növbəti matçlarda daha yaxşı çıxış edəcəyik”.

Şükürov qışa qədər futbolçuların özlərini göstərməli olduqlarını bildirib: “Komandada müəyyən qədər dəyişiklik etmək lazımdır. Bir neçə futbolçuya ehtiyac var. Qışda bunun üzərində işləyəcəyik. Amma hazırkı heyətdən də ən yaxşısını tələb edirik. Futbolçuların qışa qədər vaxtları var. Komandada qalmaq üçün bu müddətdə özlərini göstərməlidirlər”.

O, hər matça qələbə üçün çıxdıqlarını vurğulayıb: “Futbolçulara aşılamağa çalışırıq ki, öz oyunumuzu göstərməliyik. Rəqibin kimliyindən asılı olmayaraq öz üslubumuzu meydanda nümayiş etdirməliyik. “Kəpəz” əvvəllər hücum futbolu oynayıb. Komanda psixoloji olaraq buna hazır olmalıdılar. Futbolçular anlamalıdırlar ki, olduqları regionun təmsilçiləri daim iddialı olub”.

O, sələfi Azər Məmmədovla görüşüb-görüşməməsi barədə sualı belə cavablandırıb: “Azər Məmmədovla görüşüb söhbət etmişik. Bu komandanı o formalaşdırıb. Hazırkı kollektivdə Azər müəllimin böyük əziyyəti var”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31