5 May 2024, Bazar günü
33-cü turun hakim təyinatları
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı

Ölkə futbolu

Ervin Koffi: "Həftəsonu daha yaxşı oyun nümayiş etdirəcəyik"

"Düşünürəm ki, həftəsonu daha yaxşı oyun nümayiş etdirəcəyik".
 
Futbolxeber.az saytının məlumatına görə, bunu "Neftçi"nin futbolçusu Ervin Koffi "Araz-Naxçıvan"a qarşı keçirəcəkləri Azərbaycan Premyer Liqasının XIV tur oyunundan əvvəl klubun rəsmi televiziyasına açıqlamasında deyib.
 
28 yaşlı müdafiəçi fasilə dönəmində yaxşı hazırlıq keçdiklərini bildirib: "Bəzi oyunçularımız milli komandalarında olduğu üçün bizimlə deyildi. Yoldaşlıq matçında "Zenit"ə qalib gəldik. Bu, kollektivə çox yaxşı təsir edəcək. Uzun müddət doğma meydanda qələbə əldə edə bilmirdik. Ümid edirəm ki, bunun davamını gətirəcəyik".
 
Fransalı oyunçu azarkeşlərə də müraciət edib: "Son nəticələrin pis olmasına baxmayaraq, fanatların dəstəyinə ehtiyacımız var. 11 nəfərlə meydanda işimizi görməyə çalışacağıq. Onlar da bizim 12-ci futbolçumuz olmalıdırlar".
 
Qeyd edək ki, noyabrın 26-da reallaşacaq "Neftçi" - "Araz-Naxçıvan" görüşü saat 15:30-da start götürəcək.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31