5 May 2024, Bazar günü
33-cü turun hakim təyinatları
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı

Ölkə futbolu

Azər Əliyev: “Qurban Qurbanov daim ədalət prinsiplərinə əməl edir”

Milli Olimpiya Komitəsinin baş katibi Azər Əliyev “Qarabağ” futbol klubunun baş məşqçisi Qurban Qurbanov barədə danışıb.

Futbolxeber.az saytının məlumatına görə, Bakıda keçirilən Avropa Ədalətli Oyunlar Hərəkatının Konqresində çıxışı zamanı A.Əliyev Qurbanovun bu yaxınlarda Beynəlxalq Feyr Pley Komitəsi tərəfindən karyerası ərzində daim “ədalətli oyun” prinsiplərinə sədaqətinə görə, dünyanın ən nüfuzlu Feyr Pley mükafatı - “Joao Barotra” diplomuna layiq görülməsindən də söz açıb: “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov oyunlar zamanı daim ədalət prinsiplərinə əməl edir. Məhz bu səbəbdən də dəfələrlə müxtəlif fair-play mükafatlarına layiq görülüb”.

Əlavə edək ki, Bakıda keçirilən Avropa Ədalətli Oyunlar Hərəkatının Konqresində yerli idman qurumlarının, eləcə də ölkəmizə səfər edən Avropa Ədalətli Oyunlar Hərəkatına üzv ölkələrin nümayəndələri iştirak edirlər.

Fərəc ASLANOV

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31