5 May 2024, Bazar günü
33-cü turun hakim təyinatları
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı

Ölkə futbolu

Canni De Byazi: “Hər şeyin başlanğıcı olduğu kimi, sonu da var”

Azərbaycan millisinin baş məşqçi postundan ayrılan Canni De Byazi "Tuttomercato" nəşrinə müsahibə verib.

Futbolxeber.az saytının məlumatına görə,  67 yaşlı mütəxəssis gedişini belə şərh edib: “Kifayət qədər gənc, gələcəyi ola biləcək komanda ilə vidalaşıram. Azərbaycan FIFA reytinqində 120-ci yerdə olan komandadır. Amma istənilən halda İsveç kimi yüksək reytinqli yığmanı 3:0 hesabı ilə məğlub etməyi bacardıq. Hər şeyin başlanğıcı olduğu kimi, sonu da var”.

De Byazi işləməyə davam etmək istədiyini söyləyib: "Müqəddəs atəş hələ sönməyib. Hazırda Milad bayramının keçməsini gözləyirik. 2024-cü ildə təklif olsa, dəyərləndirməyə hazıram”.

Qeyd edək ki, Canni De Byazi bu gün Azərbaycan millisi ilə vidalaşıb.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31