5 May 2024, Bazar günü
33-cü turun hakim təyinatları
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı

Ölkə futbolu

İcraiyyə Komitəsinin 13 üzvündən 4-ü De Byazinin taleyinin həll olunmasında iştirak etmir: Yetərsay var?

Hazırda AFFA-nın İcraiyyə Komitəsinin fövqəladə iclası keçirilir.

Futbolxeber.az saytının məlumatına görə, saat 10:00-da assosiasiyanın inzibatı binasında başlayan toplantıda komitənin 13 üzvündən 4-ü iştirak etmir. Bunlar Elxan Məmmədov, Mahir Məmmədov, Elmar Məmmədyarov və Fərid Mansurovdur. Digər 9 üzv - Rövnəq Abdullayev, Elşad Nəsirov, Zaur Axundov, İsgəndər Cavadov, Vaqif Sadıqov, Kazbek Tuayev, Rauf Əliyev, Firudin Qurbanov və Könül Mehdiyeva toplantıya qatılıblar.

Bu isə o deməkdir ki, yetərsay var. Çünki 13 üzvdən 7-si toplantıya qatılırsa, bu artıq qəbul olunan qərarların rəsmiləşməsi deməkdir. Bugünkü iclasa isə qeyd etdiyimiz kimi, 13 üzvdən 9-u qatılıb.   

Əlavə edək ki, eyni zamanda şahmat federasiyasının da prezidenti olan Mahir Məmmədov Monteneqroda şahmat üzrə komandalar arasında Avropa çempionatına qatıldığı üçün iclasda iştirak edə bilmir. Əslində, şahmatçılarımızla birgə M.Məmmədov da dünən gecə vətənə dönməli idi. Lakin əlverişsiz hava şəraiti səbəbindən dünən gecəyə nəzərdə tutulan uçuş təxirə salınıb. Elxan Məmmədov Paris olduğu üçün iclasa qatılmır. Elmar Məmmədyarov və Fərid Mansurovun toplantıya qatılmamasının səbəbi isə qeyri-müəyyəndir.

 

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31