5 May 2024, Bazar günü
33-cü turun hakim təyinatları
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı

Ölkə futbolu

Baş katibin üzr siyasəti - QEYD

Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi dünən Avro-2024-ün seçmə mərhələsi çərçivəsində Belçikaya qarşı keçirilən oyundan sonra (0:5) idman jurnalistlərinə qarşı sərt ifadələr işlədib. İdman jurnalistlərini tənqidi suallara görə “axmaq” adlandıran italiyalı mütəxəssis mətbuat konfransını yarımçıq tərk edib.

Təbii ki, De Byazini bu hərəkəti yolverilməzdir. İtaliyalı qeyri-etik ifadələrlə təkcə Brüsselə ezam olunmuş həmkarlarımızı deyil, ümumilikdə idman mətbuatını aşağılayıb. Həmin vaxt Belçika paytaxtında olanlar da bizim həmkarlarımız, yoldaşlarımızdır və heç kimin ixtiyarı yoxdur ki, onları təhqir etsin.  

Məsələnin ikinci tərəfi odur ki, AFFA-nın baş katibi Sərxan Hacıyev Canni De Byazinin bu hərəkətlərinə görə idman jurnalistlərindən üzr istəyib. Kənardan hər şey gözəl görünür. Baş katib də dərk edir ki, idman jurnalistlərini təhqir etmək, aşağılamaq olmaz! Amma kaş kimi bunu həmişə dərk edə... Odur ki, Brüssel hava limanındakı üzr istəmə mərasimi jurnalistlərin gözündə xal qazanmağa hesablanmış addımdan başqa bir şey deyil!

Birincisi ona görə ki, baş katib əgər güclü idarəçidisə, De Byazini elə hava limanındaca jurnalistlərin hüzuruna gətirib məsələyə aydınlıq gətirə bilərdi. Yox, De Byazini ora gətirə bilmirsənsə, onun yerinə üzr istəməklə nə dəyişir ki? Sərxan Hacıyev üzr istəyən idisə, niyə milli İsveçə, yaxud Belçikaya 0:5 uduzanda De Byazinin yerinə çıxıb Azərbaycan xalqından üzr istəmədi?

Məsələnin ikinci tərəfi isə odur ki, şəxsən mənim – bu yazının müəllifinin İsveçlə oyundan sonra AFFA prezidenti Rövnəq Abdullayevə martdan sonra vəzifəsində qalıb-qalmayacağı ilə bağlı ünvanladığı sual Sərxan Hacıyevin ürəyincə olmayıb. Rövnəq Abdullayevi yola saldıqdan sonra ətrafına giley-güzar edib, sualıma mız qoyub. Amma jurnalistikadan azca anlayışı olan istənilən şəxs də təsdiq edər ki, səlahiyyət müddətinin bitməsinə 3-4 ay qalmış AFFA prezidentinə növbəti seçkilərlə bağlı sual ünvanlamaqda qeyri-adi heç nə yoxdur.

Hörmətli Sərxan bəy, jurnalistin işi məhz budur, lazım olan yerdə lazımi sualı vermək. Daha ona əzbərlədilmiş sualı verib, kiminsə arxasınca danışmağa şərait yaratmaq yox!

Sayğılarla...

İbrahim CƏFƏROV




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31