5 May 2024, Bazar günü
33-cü turun hakim təyinatları
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı

Ölkə futbolu

Mətbuat Şurasının sədri: "De Byazi jurnalistlərdən üzr istəməlidir"

“De Byazinin jurnalistlər barəsində işlətdiyi ifadələr etik çərçivəyə sığmır və qınanmalıdır”.
 
Futbolxeber.az saytının məlumatına görə, bunu APA-ya açıqlamasında Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid Azərbaycanın futbol üzrə milli komandasının baş məşqçisi Canni De Byazinin dünən jurnalistlərə qarşı işlətdiyi fikirlərinə münasibət bildirərkən deyib.
 
Sədr, eyni zamanda, Baş katibin onun əvəzindən üzr istəməsini yüksək qiymətləndirdiyini əlavə edib: “Amma bu addımı De Byazi özü də atmalıdır”.
 
Xatırladaq ki, millimizin baş məşqçisi dünən Belçika-Azərbaycan oyunundan sonra keçirilən mətbuat konfransında azərbaycanlı jurnalistlər barədə xoşagəlməz sözlər işlədib.
 
“Mən belə axmaq jurnalistlərə rast gəlməmişəm. Bu barədə heç nə bilmirlər, axmaq suallar verirlər və sadəcə axmaqdırlar. Bizim Bakıda Avstriya, İsveç və Belçika ilə oyunumuzu unudurlar. Onlar “FIAT 500” ilə “Ferrari” komandasına qalib gələ bilməyəcəyinizi görməyə qadir deyillər”.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31