5 May 2024, Bazar günü
33-cü turun hakim təyinatları
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı

Ölkə futbolu

Azərbaycan Kubokunda son 11 mövsümün rekordu qeydə alınıb

Azərbaycan Kubokunda son 11 mövsümün rekordu qeydə alınıb.
 
Futbolxeber.az-ın Peşəkar Futbol Liqasının saytına istinadən verdiyi məlumata görə, buna I təsnifat mərhələsində “Kürmük Qax” üzərində 6:0 hesablı qələbə qazanan “Baku Sportinq” nail olub.
 
Elman Sultanovun baş məşqçisi olduğu II Liqa təmsilçisi kubokda ən böyükhesablı qələbə qazanan aşağı liqa komandası ünvanına yiyələnib.
 
Premyer Liqada çıxış etməyən klubların kubok görüşündə 6 və ya daha çox top fərqi ilə qalib gəlməsinə sonuncu dəfə 2012/2013 mövsümünün 1/16 finalında təsadüf olunub. “Baku Sportinq”dən 4042 gün əvvəl - 2012-ci il oktyabrın 24-də “Lokomotiv”lə (Biləcəri) qarşılaşan “Qaradağ Lökbatan” 7 cavabsız qolla qalib gəlib.
 
Qeyd edək ki, Azərbaycan Kuboku tarixində 6 top fərqi 58-ci dəfə qeydə alınıb. Aşağı liqa komandaları isə buna 10-cu dəfə nail olublar.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31