5 May 2024, Bazar günü
33-cü turun hakim təyinatları
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı

Ölkə futbolu

32-ci mövsümdə 32-ci "lotereya"

Azərbaycan kubokunun 2023/24 mövsümünün I təsnifat mərhələsi penaltilər seriyası ilə yadda qalıb.

Futbolxeber.az-ın Peşəkar Futbol Liqasının saytına istinadən verdiyi məlumata görə, “Qusar” və “Şahdağ Qusar” arasında derbinin taleyi “lotereya”da həll olunub. Qolsuz bitən görüşdə nominal qonaqlar 11 metrlik nöqtədən daha dəqiq olublar - 5:4.

Bu, ölkə kuboku tarixində 32-ci penalti seriyasıdır. 32-ci mövsümə təsadüf edən bu “lotereya” Qusar derbisinin hər iki iştirakçısı üçün ilk belə seriya olub. Şəhərin eyniadlı təmsilçisi yarışın debütantıdırsa, “Şahdağ Qusar” indiyədək qatıldığı kubok matçlarında qalibi penaltilərlə müəyyənləşdirməyib.

Azərbaycan Kubokunda sonuncu belə seriyası isə 2021/22 mövsümünün finalında gerçəkləşib. 540 gün əvvəl - 2022-ci il mayın 27-də “Qarabağ” “Zirə”ni üstələyib - 4:3.

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31