5 May 2024, Bazar günü
33-cü turun hakim təyinatları
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı

Ölkə futbolu

Reziuan Mirzov: “Hər oyundan qabaq azarkeşlərə qol söz verə bilmərəm”

Vurduğu 2 qolla Zenit” üzərində qələbədə (2:1) böyük pay sahibi olan “Neftçi”nin yarımmüdafiəçisi Reziuan Mirzov matçdan sonra jurnalistlərin suallarını cavablandırıb. Futbolxeber.az saytının əməkdaşının da iştirak etdiyi müsahibədə rusiyalı futbolçu əvvəlcə görüşlə bağlı fikirlərini açıqlayıb:

 

- Yaxşı rəqibə qalib gəldik. Güclü komanda ilə qarşılaşdıq. “Zenit”ə qalib gəlmək həmişə xoşdur. Emosiyalarım müsbətdir. Hansısa əlavə motivasiya yox idi. Amma dediyim kimi, bu cür rəqibə qarşı oynamaq hər zaman xoşdur. Onlara qol vurmaq daha da xoşdur. Bu matçda qələbə bizim üçün çox dəyərlidir. İndi qarşıdakı çempionat matçına hazırlaşacağıq.

- Oyundan əvvəl “Zenit”ə qol vuracağına söz vermişdin və sözünü tutdun.

- Bəli, mətbuat konfransında qol vuracağıma söz vermişdim. Sözümü yerinə yetirdim. Buna görə də çox məmnunam.

- Bəlkə hər oyundan qabaq azarkeşlərə qol vurmağı söz verəsən?

- Xeyr. Çünki alınmayanda deyəcəklər ki, dedin etmədin (gülür). Qol vurmaq hər zaman alınmır.

- Matçdan sonra “Zenit”in futbolçularından sənə yaxınlaşan, söhbətləşən oldu?

- “Zenit”də tanış oyunçular var. Onlarla danışdıq, məşqçilərlə də həmçinin.

- Son vaxtlarda daha yaxşı durumda olduğun görünür...

- Ümidvaram ki, oyundan-oyuna artıracam. Çünki buna qədər çox zaman itirmişəm. Hər matçdan sonra daha da artırıram. Qarşıdakı matçlarda daha yaxşı vəziyyətdə olacağıma ümidvaram.

- “Zenit”ə qarşı yaxşı oynadınız. Bəs daxili matçlarda niyə belə olmur?

- Ümid edirəm ki, bundan sonra çempionatda da belə çıxış edəcəyik. Qarşıdakı “Araz-Naxçıvan”la matçdan etibarən vəziyyətin müsbətə doğru dəyişəcəyinə inanıram.

Fərəc ASLANOV




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31