2 May 2024, Cümə axşamı
“Zirə”dən gözlənilməz məğlubiyyət
Fətəliyeva Avropa çempionu oldu
"Neftçi" və "Sumqayıt"dan qələbə
Emin Mahmudov niyə oynamır?

Ölkə futbolu

U-17 millimizin heyəti açıqlandı

17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin Avropa çempionatının seçmə mərhələsi üçün heyəti açıqlanıb.

Futbolxeber.az saytının məlumatına görə, Serbiyada təşkil olunacaq matçlar üçün U-17-nin ilkin heyətinə ümumilikdə 24 oyunçu dəvət edilib.

Yığma seçmə mərhələyə hazırlıq məqsədilə oktyabrın 11-dək Bakıda təlim-məşq toplanışı keçirəcək. Bundan sonra Serbiyaya gedəcək yekun heyət müəyyənləşəcək.

U-17-nin heyəti: Ayxan Əlizadə, Əhməd Tarverdiyev, Rəşad Alışov, Tuncay Əhmədov, Əkbər Məhərrəmov, Əmir Əliyev, Babamirzə Mehdiyev, Emin Feyzullayev, Ümid Səlimov (hamısı “Sabah”), Həbib Hüşənov, Səmid Əhmədov, Ömər Kərimov, Ziya Şəkərxanov (hamısı “Qəbələ”), Elton Babazadə, Hikmət Cəbrayilzadə, Amid Qasımov, Həbib Qədimov (hamısı “Qarabağ”), Əli Nəbizadə, Röyal Fərzullazadə (hər ikisi “Neftçi”), Vüsal Paşayev, Nadir Orucov (hər ikisi “Sumqayıt”), Ayxan Abbaszadə (“Turan Tovuz”), Məsud Əlişanlı (EFA), Həsən Nəzərli (“Ankaragücü”, Türkiyə).

Yığmanın oyunlarının təqvimi

21 oktyabr

19:00. Serbiya - Azərbaycan

24 oktyabr

14:00. Sloveniya - Azərbaycan

27 oktyabr

16:00. Azərbaycan - Lüksemburq

Qeyd edək ki, oyunların başlama saatı Bakı vaxtı ilə göstərilib.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31