2 May 2024, Cümə axşamı
“Zirə”dən gözlənilməz məğlubiyyət
Fətəliyeva Avropa çempionu oldu
"Neftçi" və "Sumqayıt"dan qələbə
Emin Mahmudov niyə oynamır?

Ölkə futbolu

Tərlan Əhmədli debütunu şərh etdi: “İlk dövrə üçün 11 xal normaldı” (MÜSAHİBƏ)

“Turan Tovuz”un qapıçısı Tərlan Əhmədlinin Futbolxeber.az saytına müsahibəsi

 

- Premyer Liqanın IX turunda “Zirə” ilə səfər oyununda (1:2) bu mövsüm ilk dəfə meydana çıxdın. Debütunu necə qiymətləndirirsən?

- Hər şey yaxşı keçdi. Ciddi zədə aldığım üçün bir müddət meydandan kənarda qalmışdım. Bundan sonra toparlanmağa çalışacam. Ümumi götürdükdə qarşılaşmanı normal qiymətləndirirəm.

- Buraxılan qolları necə dəyərləndirirsən?

- Məncə, bir qədər bəxtsizlik oldu. Amma yenə də dəqiq fikir bildirmək üçün təkrara baxmalıyam. İkinci qolda bir qədər bəxtsizliklə üzləşdim. Top dirəyə dəyib, sonra tora daxil oldu. İlk qolda isə rəqib uzaq küncü nişan aldı. Düşünürəm ki, oyundan oyuna artıracam, daha da yaxşı olacaq hər şey.

- “Zirə” ilə görüşdə xal qazanmağınız üçün nə çatışmadı?

- Qol lazım idi. “Zirə”yə qarşı çox yaxşı oynadıq. Yalnız qol çatışmırdı. Hesabı bərabərləşdirsək də, xal qazanmağımız mümkün olmadı. Lakin ümumi 90 dəqiqəni analiz etsək, komandamız çox yaxşı oynadı.

- Aydın və Kamal Bayramovlarla rəqabət aparmaq çətin deyil?

- Xeyr. Aydınla da, Kamal da aramızda sağlam rəqabət var. Baş məşqçi kimə şans versə, o da oynayacaq. Məşqlərdə hər üçümüz əlimizdən gələni edirik. Meydana da kim çıxırsa, komandanın uğur qazanması üçün əlindən gələni edir.

- İlk 8 turda meydana çıxmadın. Bu müddətdə məşqçilərlə hər hansı bir söhbətin oldumu

- Meydana çıxmadığım üçün heç bir problem yox idi. Təbii ki, istər baş məşqçi ilə, istər qapıçılar məşqçisi ilə tez-tez söhbətimiz olurdu. Amma hər hansı narazılıqdan söhbət gedə bilməz. Bacardığım qədər hər oyuna hazır oluram.

- “Turan Tovuz” ilk dövrəni 11 xala başa vurdu. Bu nəticəni qənaətbəxş saymaq olar?

- Olar. Qarşımıza konkret hədəf qoyulmayıb. Məqsəd hər oyunda xal və xallar qazanmaqdı. Biz də komanda olaraq bunun üçün əlimizdən gələni edirik. Məncə, ilk dövrə üçün 11 xal normaldı.

- İlk 5 turda 3 qələbə qazanan “Turan Tovuz” son 4 turda 3 xala həsrətdi. Bunun səbəbi nədir?

- Bəli, son 4 turda qələbə qazana bilmirik, cəmi 2 xal toplamışıq. Sn turlar həqiqətən də bir qədər uğursuzluqla üzləşmişik. Qarşıdakı matçlarda azarkeşlərimizi sevindirmək üçün əlimizdən gələni edəcəyik. İnanıram ki, ikinci dövrədə daha yaxşı çıxış edəcəyik. Tovuz stadionunun qazonunun süni olması da bir qədər çətinlik yaradır.

- Peşəkar Futbol Liqası “Ayın ən yaxşı qolu”nu seçir. Qapıçılarla bağlı da belə bir layihənin olmasını istərdiz?

- Əlbəttə istərdim. Belə bir müsabiqənin keçirilməsi yaxşı olardı. Buna ancaq sevinərik. PFL belə bir layihə həyata keçirsə, bu, biz qapıçılar üçün də əlavə motivasiya olar.

Fərəc ASLANOV




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31