2 May 2024, Cümə axşamı
“Zirə”dən gözlənilməz məğlubiyyət
Fətəliyeva Avropa çempionu oldu
"Neftçi" və "Sumqayıt"dan qələbə
Emin Mahmudov niyə oynamır?

Ölkə futbolu

Rəşad Əzizli: “Vurmayana vurarlar da...” (MÜSAHİBƏ)

"QƏBƏLƏ”NİN QAPIÇISI PFL-Ə SƏSLƏNDİ

“Qəbələ”nin qapıçısı Rəşad Əzizli Azərbaycan Premyer Liqasının IX turunda “Səbail”ə 0:1 hesabı ilə uduzduqları oyundan sonra jurnalistlərin suallarını cavablandırıb. Futbolxeber.az saytı 29 yaşlı qolkiperin müsahibəsini təqdim edir.

 

- “Qəbələ” üstün olduğu oyunda “Səbail”ə uduzdu. Məğlubiyyəti nə ilə əlaqələndirmək olar?

- 90 dəqiqə ərzində meydanda üstün tərəf biz idik. Xeyli qol şanslarımız olsa da, onlardan yararlana bilmədik. Son saniyələrdə isə qapımızda qol gördük. Vurmayan vurarlar da...

- Son saniyələrdə buraxılan qola səbəb nə oldu?

- Adi bir epizoddan qapımızda qol gördük. Konkret səbəb deyə bilmərəm. Çünki oyun planında hücumda daha çox iştirak etdik. Üstün olduğumuz qarşılaşma idi. Təəssüf ki, ani diqqətsizlik oldu və yekunda uduzduq.

- Son turlar “Qəbələ” heç də pis təsir bağışlamırdı. Bu baxımdan “Səbail”dən alınan yenilgini gözlənilməz saymaq olar?

- Həqiqətən də oyun planında son turlar inkişafdayıq. Komandada artıq özünəinam var. Yenə deyirəm, bu gün pis təsir bağışlamadıq. Heç bir komponentdə rəqibdən geri qalmadıq. 90 dəqiqəyə baxanda ancaq üstünblük bizim tərəfimizdə idi.

- Yəqin ki, ilk dövrəni “Qəbələ” üçün uğurlu saymaq olmaz...

- Təbii ki. İlk 4 turda xal qazana bilmədik. Bu da komandada psixoloji təzyiq yaradırdı. Yalnız beşinci turda ilk qələbəmizi qazandıq. Dövrəni cəmi 7 xalla başa vurduq. Bu baxımdan dövrə “Qəbələ” üçün çox uğursuz alındı. İnanıram ki, ikinci dövrədən etibarən daha yaxşı çıxış edəcəyik və itirdiyimiz xalları bərpa edəcəyik.

- Növbəti turda “Araz-Naxçıvan”a qarşı keçiriləcək oyundan gözləntiləriniz nədir?

- “Araz-Naxçıvan” hazırda yaxşı formada olan komandalardandı. Bu dəqiqə çempionatımızda elə oyun yoxdu ki, asan keçsin. “Araz-Naxçıvan”la matç da istisna olmayacaq. Lakin biz öz meydanımızda çıxış edəcəyikə. Buna görə də məqsədimiz ancaq və ancaq qələbə olacaq.

- Peşəkar Futbol Liqası “Ayın ən yaxşı qolu”nu seçir. Qapıçılarla bağlı da belə bir layihənin olmasını istərdiz?

- Əlbəttə. Qapıçı seyvləri ilə bağlı belə bir layihə olsa, çox gözəl olardı. Bu, qapıçıları da həvəsləndirər, daha da motivasiya edər. Futbolun bir gözəlliyi qoldusa, digəri də elə qapıçının çıxartdığı topları. PFL bunu nəzərə alsa, çox yaxşı olar.

Fərəc ASLANOV, Qəbələ




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31