4 May 2024, Şənbə
33-cü turun hakim təyinatları
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı

Ölkə futbolu

Elxan Məmmədov: “Belə seminarlar futbol inkişafı üzrə təcrübə əldə etmək imkanı qazandırır”

FIFA-NIN TƏŞKİLATÇILIĞI İLƏ İLK DƏFƏ AVROPA-MƏRKƏZİ ASİYA FUTBOL VÖRKŞOPU DAŞKƏNDDƏ KEÇİRİLİB

FIFA-nın təşkilatçılığı ilə ilk dəfə Avropa-Mərkəzi Asiya futbol vörkşopu Özbəkistanın paytaxtı Daşkənd şəhərində keçirilib.

Futbolxeber.az saytının məlumatına görə, tədbirdə bir neçə Avropa ölkəsindən olan üzv assosiasiyaların nümayəndələri, eləcə də FIFA-nın Avropa üzrə regional direktoru Elxan Məmmədov iştirak edib.

Rəsmilər futbolun gələcək inkişafı ilə bağlı ideya mübadiləsi aparıblar.

Bu tədbirin FIFA prezidenti Canni İnfantinonun may ayında mərkəzi Asiyaya səfəri çərçivəsində etdiyi müşahidələrdən sonra həyata keçirilməsi qərara alınıb.

Asiya Futbol assosiasiyasından 6 üzv - Özbəkistan, Tacikistan, Türkmənistan, Qırğız respublikası, İran və Əfqanıstan, o cümlədən, UEFA üzvləri olan Azərbaycan, Avstriya, Çexiya, Macarıstan, Portuqaliya, Türkiyə və Qazaxıstan vörkşopda iştirak edib.

Tədbirdə çıxış edən FIFA-nın Avropa üzrə regional direktoru Elxan Məmmədov tədbirin mahiyyətini dəyərləndirib:

"Bu, bizim bu formada yığışaraq, Asiya və Avropa ölkələrinin federasiyalarının futbolun inkişafı üzrə müxtəlif aspektlərdən müzakirə apardığı ilk seminar hesab olunur. Əlbəttə, biz ali futbol qurumu olaraq belə tədbirlərin yalnız Asiyada deyil, həmçinin Avropa, Afrika və digər qitələrdə keçirilməsi üçün çalışacağıq. Belə seminarlar ümumilikdə futbol idarəçiliyi və inkişafı üzrə əlavə biliklər qazanmaq, təcrübə əldə etmək imkanı qazandırır”.

Qeyd edək ki, Özbəkistan 2024-cü il dünya futzal çempionatına ev sahibliyi edəcək. Sözügedən ölkə bununla da bu cür nüfuzlu turnirə ev sahibliyi edən ilk mərkəzi Asiya dövləti olacaq.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31