6 May 2024, Bazar ertəsi
"Sumqayıt" rekordunu təkrarlayıb
“Vurduğum qoldan zövq aldım”
Mustafazadə daha 3 il “Qarabağ”da
33-cü turun hakim təyinatları

Ölkə futbolu

Qurban Qurbanov: “Yaxşı rəqibə qarşı oynayacağıq”

"Dünən və bu gün pis hazırlıq keçmədik. Yaxşı rəqibə qarşı oynayacağıq. "Hekken"in öz xüsusi oyun üslubları var. Futbolçulara rəqib haqda daha ətraflı məlumat verəcəyik. Vaxtımız var".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Avropa Liqasının qrup mərhələsinin 2-ci turunda İsveçin "Hekken" klubu ilə oyun üçün səfərə yollanarkən jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, "Hekken"in ilk oyunda "Bayer Leverkuzen"ə 0:4 hesabı ilə uduzması bu komandanın autsayder olması anlamına gəlmir: "Məndə belə bir fikir formalaşmayıb. Səfərdə "Bayer Leverkuzen"ə qarşı oynayırdılar. Qrupda dəfələrlə belə hallar olub, ilk oyunda məğlub olan komandalar daha sonra yaxşı nəticələr əldə edir. "Hekken" istənilən rəqiblə görüşdə öz oyun üslubu ilə yaxşı nəticə əldə edə bilir. Qarşıda oyunlarımız çoxdur. "Hekken"lə qarşılaşma bizim üçün vacib matçlardan biridir".

Q.Qurbanov heyətlə bağlı problemlərin olduğunu bildirib: "Bəhlul Mustafazadə, Marko Veşoviç zədəlidir. Redon Cica düzdür, komanda ilə məşqlərə başlayıb, amma hələ tam hazır deyil. Bir-iki mikrozədəlilərimiz var. Onlar qarşıdakı günlərdə hazır olmalıdır".

Qeyd edək ki, oktyabrın 5-i  oynanılacaq “Hekken” - “Qarabağ” matçı Bakı vaxtı ilə 23:00-da başlayacaq.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31