6 May 2024, Bazar ertəsi
Mustafazadə daha 3 il “Qarabağ”da
33-cü turun hakim təyinatları
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı

Ölkə futbolu

Omar Hani: “Qəbələ” ilk dördlükdən əlini üzməyib” (MÜSAHİBƏ)

“Qəbələ”nin yarımmüdafiəçisi Omar Hani Futbolxeber.az saytına müsahibə verib.

 

- Azərbaycan Premyer Liqasının VIII turunda “Qəbələ” “Kəpəz” səfərindən qələbə ilə qayıtdı. 1:0 hesablı qələbəni necə şərh edərdiz?

- Çətin oyun alındı. Qarşılaşmadan əvvəl də işimizi çətinləşdirən müəyyən məqamlar mövcud idi. Oyundan bir gün əvvəl avtobusla 5 saat məsafə qət etmişdik. Eləcə də qazonun durumu yaxşı deyildi. Bütün bunlar bir qədər çətinlik yaratsa da, yekunda qalib gəldik. “Kəpəz”lə matçda qazanılan 3 xal bizim üçün çox vacib idi. Matçın gedişində xeyli qol şansımız oldu. Təəssüf ki, onlardan yalnız birindən faydalandıq.

- Qaçırılan şansları qeyd etdin. Xüsusən ilk yarıda “Qəbələ” bəlkə də 3-4 real qol şansını boşa verdi. Bunu nə ilə əlaqələndirmək olar?

- Dəqiq bir söz demək çətindi. Bəlkə də hardasa konsentrasiya problemi yaşadıq. Halbuki elə ilk yarıda ən azı 3 qol vurmalıydıq. Lakin biz yalnız ikinci hissədə hesabı aça bildik. Sonda hətta rəqibin cavab qolu vurmaq üçün də şansları oldu. “Kəpəz” hesabı bərabərləşdirsəydi, çox məyus olardıq.

- “Kəpəz” üzərində qələbədən sonra komandanız turnir cədvəlində iki pillə irəlilədi və sonuncu yerdən qurtuldu. “Qəbələ” üçün uğursuz günlərin geridə qaldığını söyləmək mümkündür?

- Buna qədər sonuncu pilləyə yuvarlanmışdıq. Halbuki bizim komandamızda yer alan futbolçuların səviyyəsi buna uyğun deyil. “Qəbələ” autsayderlər qrupunda olmamalıdı. İnanıram ki, bu qələbə bizə faydalı olacaq. Əlimizdən gələni edəcəyik ki, qarşıdakı matçlarda qələbələri sıralayaq.

- Uğursuz starta səbəb nə idi?

- Əslində, biz uduzduğumuz matçlarda da pis oynamırdıq. Hər hansısa rəqibdən açıq-aşkar geri qaldığımızı söyləmək olmaz. Elə olub ki, rəqibdən üstün olsaq da, 90 dəqiqənin yekununda xalsız qalmışıq. Odur ki, tezliklə turnir cədvəlindəki mövqeyimizi yaxşılaşdıracağımıza ümid edirik. İnşallah hər şey yaxşı olacaq.

- Növbəti turda liderlər qrupunda qərarlaşan “Səbail”lə üz-üzə gələcəksiz.

- Çox çətin oyun olacaq. “Səbail” cari mövsüm çox yaxşı futbol sərgiləyir. Heyətlərində ustalıq səviyyəsi yüksək olan futbolçular var. Buna baxmayaraq, əlimizdən gələni edəcəyik. “Səbail”i məğlub etmək asan olmayacaq. Çünki son 5 turda uduzmayıblar. Lakin inanıram ki, biz bunu bacaracağıq. Azarkeşlərimizin də dəstəyi ilə 3 xal qazanacağımıza ümid edirəm. Mövsümün əvvəlində xeyli xal itirdik. Ona görə də indiki məqamda ardıcıl qələbələrə ehtiyacımız var.

- Sözlərinizdən belə anlaşılır ki, uğursuz starta baxmayaraq, “Qəbələ” avrokuboklardan əlini üzməyib.

- Əlbəttə. Mövsümün yalnız 20-25 faizi geridə qalıb. Qarşıda bizi uzun marafon gözləyir. Bizim məqsədimiz ilk dördlükdə yer almaqdı. Çempionatda “Qarabağ”, “Neftçi”, “Sabah” kimi iddialı kollektivlər var. Lakin biz də zəif deyilik. Yenidən avrokuboklarda çıxış etmək istəyirik. Buna görə də əmin ola bilərsiz ki, sona qədər mübarizə aparacağıq.

- Cari mövsüm Azərbaycan Premyer Liqasının səviyyəsinin yüksəldiyi, rəqabətin artdığı fikri ilə razısız?

- Bəli. Bu yay Azərbaycana xeyli yüksək səviyyəli futbolçu gəlib. Demək olar ki, klubların hamısı heyətini keyfiyyətli əcnəbilərlə gücləndirib. Bu da istər qarşılaşmaların gərginliyinə, istər çempionatın səviyyəsinin yüksəlməsinə çox müsbət təsir edir. Cari mövsüm hər oyuna 100 faiz köklənməlisən. Çünki artıq bütün komandalar meydana qələbə üçün çıxırlar. Demək olar ki, hamı avrokubokları hədəfləyir.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31