6 May 2024, Bazar ertəsi
Mustafazadə daha 3 il “Qarabağ”da
33-cü turun hakim təyinatları
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı

Ölkə futbolu

“Ofsayd deyil, qola bənzəyir” - AÇIQLAMA

“SƏBAİL”İN QOLUNDA OFSAYDI HANSI XƏTLƏ , HANSI RAKURSDAN ÇƏKDİLƏR, ANLAMADIM”

“Səbail” son turlardakı çıxışına görə xoş sözlərə layiqdir. Şahin Diniyevin komandası həm gözəl oyun sərgiləyir, həm də nəticə qazanır”.

Futbolxeber.az saytına müsahibəsində bu sözləri futbol mütəxəssisi Aslan Kərimov deyib.

Azərbaycan Premyer Liqasının son turunda keçirilən “Səbail” - “Səbail” (2:2) görüşü barədə veteran futbolçu meydan sahiblərinin hesaba alınmayan qolunun mübahisəli olduğunu bildirib: “Performansına görə həm “Səbail”, həm də “Sabah” xal qazanmağa layiq idi. Amma nəzərə almaq lazımdır ki, “Səbail”in bir qolu ofsayda görə sayılmadı. Mənimçün həmin qərar qaranlıq qaldı. “Səbail”in qolunda ofsaydı hansı xətlə, hansı rakursdan çəkdilər, anlamadım. Mənə elə gəlir ki, ofsayd deyil, qola bənzəyir. İstənilən halda heç-heçəni ədalətli nəticə saymaq mümkündür. Hər iki komanda fərqlənmək üçün kifayət qədər şanslar əldə etdilər”.

Kərimov "Səbail"in əzmkarlığını xüsusi vurğulayıb: “Komanda son dəqiqələrdə hesabı bərabərləşdirə bildi. Cari mövsümə uğursuz start versə də, turlar keçdikcə komanda özünə gəlib. Şahin Diniyev bacarıqlı ifaçılardan əla kollektiv formalaşdırıb”.

Azad NURİYEV

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31